“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə “təşkilinin” sözündən sonra “və hakimlərin müstəqilliyinin” sözləri əlavə edilsin.

2. 13.1-ci maddədə “, bir qayda olaraq, üç ildə bir dəfə” sözləri “beş ildə bir dəfədən az olmayaraq” sözləri ilə əvəz edilsin.

3. 14.5-ci maddədə:

3.1. birinci cümlədə “qərarlarından” sözü “qərarından həmin qərar təqdim edildiyi gündən 10 gün müddətində” sözləri ilə əvəz edilsin;

3.2. ikinci cümlədə “10 gün müddətində” sözləri “1 ay müddətində Məhkəmə-Hüquq Şurasının iclasında” sözləri ilə əvəz edilsin.

4. 19.4-cü maddədə “iki” sözü “üç” sözü ilə əvəz edilsin.

5. 21.1-ci maddənin ikinci cümləsində “bilmədikdə” sözündən sonra “və ya icraat üzrə əlavə araşdırma tələb olunduqda” sözləri əlavə edilsin.

6. 26.1-ci maddənin ikinci cümləsində “iki il altı aydır” sözləri “beş ildir” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında