Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan  Respublikasının  Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246 və 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667; Azərbaycan Respublikasının 29 iyun tarixli 416-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 28.3-cü maddədə “151.2-ci, 151.3-cü, 151.3-1-ci, 151-1.2-ci, 151-1.3-cü, 152-1.1-ci, 152-1.2-ci, 155.3-cü, 156-cı və 158-1.3-cü maddələrində müəyyən edilmiş” sözləri “151.4-cü maddəsində göstərilən” sözləri ilə əvəz edilsin.

1.2. 69-cu maddədə “otuz beş manatdan qırx” sözləri “əlli manatdan səksən” sözləri ilə əvəz edilsin.

1.3. 104.3-cü maddədə “iyirmi” sözü “əlli” sözü ilə əvəz edilsin.

1.4. 151.1-ci maddə üzrə:

1.4.1. “avtomagistralda və ya” və “piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə,” sözləri çıxarılsın;

1.4.2. “iyirmi” sözü “qırx” sözü ilə əvəz edilsin.

1.5. 151.2-ci maddədə “qırx” sözü “altmış” sözü ilə əvəz edilsin.

1.6. 151.3-cü maddədə “altmış” sözü “səksən” sözü ilə əvəz edilsin.

1.7. Aşağıdakı məzmunda 151.3-2-ci maddə əlavə edilsin:

“151.3-2. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə -

yüz manat miqdarında cərimə edilir.”.

1.8. 151.4-cü maddədə “, 158-1.2-ci” sözü çıxarılsın, “151.3-1-ci,” sözündən sonra “151.3-2-ci,” sözü, “151-1.3-cü,” sözündən sonra “151-1.4-cü,” sözü əlavə edilsin.

1.9. 151.5-ci maddədə “151.1-151.3-1-ci və 151-1-ci” sözləri “151.1-151.3-2-ci, 151-1-ci və 151-3-cü” sözləri ilə əvəz edilsin, “və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına” sözləri çıxarılsın.

1.10. 151-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “151.3-1-ci,” sözündən sonra “151.3-2-ci, 151-1.4-cü,” sözləri əlavə edilsin, “, 152-1.1-ci, 152-1.2-ci, 156-cı maddələrində nəzərdə tutulmuş xətalar 6 balla” sözləri çıxarılsın.

1.11. 151-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 151-1. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma

151-1.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə -

otuz manat miqdarında cərimə edilir.

151-1.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 20-40 km/saat həddində aşmağa görə -

əlli manat miqdarında cərimə edilir.

151-1.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 40-60 km/saat həddində aşmağa görə -

yüz əlli manat miqdarında cərimə edilir.

151-1.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə -

iki yüz əlli manat miqdarında cərimə edilir.”.

1.12. 151-2.1-ci maddədə “iyirmi” sözü “qırx” sözü ilə əvəz edilsin.

1.13. Aşağıdakı məzmunda 151-3-cü maddə əlavə edilsin:

“Maddə 151-3. Piyada keçidində piyadaya yol verilməməsi

Piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə görə -

əlli manat miqdarında cərimə edilir.”.

1.14. 152-1-ci maddə üzrə:

1.14.1.  152-1.1-ci maddədə “yüz əlli manat miqdarında cərimə edilir” sözləri “üç yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır” sözləri ilə əvəz edilsin;

1.14.2. 152-1.2-ci maddədə “iki yüz  manat miqdarında cərimə edilir” sözləri “nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir” sözləri ilə əvəz edilsin;

1.14.3. 152-1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“152-1.3. Bu Məcəllənin 152-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.”;

1.14.4. 152-1.4-cü maddədə “və ya 152-1.2-ci” sözləri “, 152-1.2-ci və ya 152-1.3-cü” sözləri ilə, “üç yüz” sözləri “yeddi yüz” sözləri ilə əvəz edilsin.

1.15. 152-2-ci maddə üzrə:

1.15.1. 152-2.1-ci maddədə “iki yüz əlli manat miqdarında cərimə edilir” sözləri “beş yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla beş günədək inzibati həbs tətbiq olunur” sözləri ilə əvəz edilsin;

1.15.2. 152-2.2-ci maddədə “üç yüz əlli” sözləri “yeddi yüz” sözləri ilə əvəz edilsin və “on günədək” sözlərindən əvvəl “beş gündən” sözləri əlavə edilsin;

 1.15.3. 152-2.3-cü maddədə “dörd yüz əlli” sözləri “səkkiz yüz” sözləri ilə əvəz edilsin.

1.16. 153-cü maddə üzrə:

1.16.1. 153.1-ci maddədə “on” sözü “iyirmi” sözü ilə əvəz edilsin;

1.16.2. 153.2-ci maddədə “on” sözü “otuz” sözü ilə əvəz edilsin.

1.17. 154.1-ci maddədə “fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər yetmiş manat miqdarında” sözləri “fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

1.18. 155-ci maddə üzrə:

1.18.1. 155.1-ci maddədə “iyirmi” sözü “qırx” sözü ilə əvəz edilsin;

1.18.2. 155.2-ci maddədə “otuz” sözü “əlli” sözü ilə əvəz edilsin;

1.18.3. 155.4-cü maddədə “və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına” sözləri çıxarılsın, “altmış” sözü “iki yüz” sözləri ilə əvəz edilsin.

1.19. 156-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 156. Sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırma

156.1. Qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan  sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin boyun qaçırmasına görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

156.2. Qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan  sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin boyun qaçırmasına görə -

beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.”.

1.20. 158.3-cü maddədə “yüz iyirmi” sözləri “iki yüz əlli” sözləri ilə əvəz edilsin.

1.21. 167-ci maddədə “on manatdan iyirmi” sözləri “qırx manatdan əlli” sözləri ilə əvəz edilsin.

1.22. 235-ci maddədə “on manatdan otuz manatadək miqdarda” sözləri “səksən manat miqdarında” sözləri ilə əvəz edilsin.

1.23. 296-1-ci maddə üzrə:

1.23.1. 296-1.1-ci maddədə “bir ilədək müddətə” sözləri (hər iki halda) “bir il müddətinə” sözləri ilə əvəz edilsin və “on günədək” sözlərindən əvvəl “beş gündən” sözləri əlavə edilsin;

1.23.2. 296-1.2-ci maddədə “bir ildən iki ilədək müddətə” sözləri (hər iki halda)  “iki il müddətinə” sözləri ilə əvəz edilsin və “on beş günədək” sözlərindən əvvəl “on gündən” sözləri əlavə edilsin.

1.24. 306-cı maddədə “on manatdan on beş” sözləri “otuz manatdan əlli” sözləri ilə əvəz edilsin.

1.25. 308-ci maddədə “otuz beş manatdan qırx” sözləri “səksən manatdan yüz” sözləri ilə əvəz edilsin.

1.26. 310.1-ci maddədə “iyirmi manatdan iyirmi beş manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

1.27. 327.1-ci maddədə “beş manatdan on beş manatadək miqdarda” sözləri “otuz manat miqdarında” sözləri ilə əvəz edilsin.

1.28. 328-ci maddədə “on beş manatdan iyirmi manatadək miqdarda” sözləri “yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

1.29. 329-cu maddədə “üç manatdan beş manatadək miqdarda” sözləri “iyirmi manat miqdarında” sözləri ilə əvəz edilsin.

1.30. 331-ci maddədə “on beş manatdan iyirmi beş manatadək miqdarda” sözləri “otuz manat miqdarında” sözləri ilə əvəz edilsin.

1.31. 341-ci maddədə “səkkiz manatdan on manatadək miqdarda” sözləri “qırx manat miqdarında” sözləri ilə əvəz edilsin.

1.32. 344-cü maddədə “xəbərdarlıq edilir və ya on manatdan iyirmi” sözləri “qırx manatdan altmış” sözləri ilə əvəz edilsin.

1.33. 345-ci maddədə “iyirmi beş manatdan otuz” sözləri “əlli manatdan yetmiş” sözləri ilə əvəz edilsin.

1.34. 346-cı maddə üzrə:

1.34.1. 346.1-ci maddədə “iyirmi beş manatdan otuz beş” sözləri “əlli manatdan yetmiş” sözləri ilə əvəz edilsin;

1.34.2. 346.2-ci maddədə “otuz manatdan qırx” sözləri “səksən manatdan yüz” sözləri ilə əvəz edilsin.

1.35. 347-ci maddədə “on manatdan iyirmi beş” sözləri “səksən manatdan yüz” sözləri ilə əvəz edilsin.

1.36. 348-ci maddədə “on beş manatdan iyirmi” sözləri “otuz manatdan əlli” sözləri ilə əvəz edilsin.

1.37. 360.1-ci maddədə “152-1.4, 152-2.2, 152-2.3” rəqəmləri “152-1, 152-2” rəqəmləri ilə əvəz edilsin, “155.7,” rəqəmlərindən sonra “156,” rəqəmləri əlavə edilsin.

1.38. 410-1.1-ci maddədə “151.3-1,” rəqəmlərindən sonra “151.3-2,” rəqəmləri, “151-1.3” rəqəmlərindən sonra ”, 151-1.4,” rəqəmləri əlavə edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu qanunun 1.3-cü maddəsi 2013-cü il martın 1-dən qüvvəyə minir.

2.2. Bu qanunun digər müddəaları dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında