"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndinə uyğun olaraq qərara alır:
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №10, maddə 709; 2004, №1, maddə 6; 2007, №6, maddə 563; 2008, №5, maddə 345; 2009, №8, maddə 615; Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 378-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.7-ci maddədə:
1.1. 7.4-cü maddədə "Ərazi" sözü "Bu Qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi" sözləri ilə əvəz edilsin;
1.2. 7.5.-ci maddənin ikinci cümləsində "Ərazi" sözü "Bu Qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi" sözləri ilə əvəz edilsin.
2. 8-ci maddədə:
2.1. 8.4-cü maddədə "Ərazi" sözü "Bu Qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi" sözləri ilə əvəz edilsin;
2.2. 8.5-ci maddədə "Ərazi" sözü "Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq yeni yaradılan inzibati ərazi vahidinin tabeliyinə verildiyi hallar istisna olmaqla, ərazi" sözləri ilə əvəz edilsin.
3.9. 6-cı maddədə "Ərazi" sözü "Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq yeni inzibati ərazi vahidinin yaradılması halları istisna olmaqla, ərazi" sözləri ilə əvəz edilsin.
4.10. 3-cü maddədə "Ərazi" sözü "Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq şəhər inzibati ərazi vahidinin yaradılması ilə əlaqədar ərazi vahidinə, yaxud bir və ya bir neçə ərazi vahidinin müəyyən ərazisinə şəhər statusu verildiyi hallar istisna olmaqla, ərazi" sözləri ilə əvəz edilsin.
5.12-ci maddədə:
5.1. maddənin adında "Rayonların və şəhər rayonlarının" sözləri "İnzibati ərazi vahidlərinin" sözləri ilə əvəz edilsin;
5.2. 12.1-ci və 12.2-ci maddələrdə "rayonların və şəhər rayonlarının" sözləri "inzibati ərazi vahidlərinin" sözləri ilə əvəz edilsin;
5.3. 12.3-cü maddədə "Rayonlar və şəhər rayonları" sözləri "İnzibati ərazi vahidləri" sözləri ilə əvəz edilsin;
5.4. 12.3.1-ci maddədə "rayonun və ya şəhər rayonunun" sözləri "inzibati ərazi vahidinin adı," sözləri ilə əvəz edilsin;
5.5. 12.3.2-ci maddədə "rayonun və ya şəhər rayonunun" sözləri "inzibati ərazi vahidinin" sözləri ilə əvəz edilsin;
5.6. 12.4-cü maddə ləğv edilsin;
5.7. 12.6-cı maddədə "Rayonların" sözü "Yeni şəhər, rayon və şəhər rayonu inzibati ərazi vahidlərinin yaradılması halları istisna olmaqla, rayonların" sözləri ilə əvəz edilsin;
5.8. 12.7-ci maddədə "Rayonların və şəhər rayonlarının" sözü" "Yeni inzibati ərazi vahidlərinin yaradılması ilə əlaqədar digər inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi halları istisna olmaqla, inzibati ərazi vahidlərinin" sözləri ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında