"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, №11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413) aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci maddə üzrə:
1.1. 8.1.2-ci maddəyə "Naxçıvan Muxtar Respublikasının Ali Məclisi," sözlərindən sonra "Azərbaycan Respublikasının Baş Prokurorluğu," sözləri əlavə edilsin;
1.2. 8.1.3-cü maddəyə "Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı," sözlərindən sonra "Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu," sözləri əlavə edilsin;
1.3. 8.1.4-cü maddəyə "hərbi məhkəmələr" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu" sözləri əlavə edilsin;
1.4. 8.1.5-ci maddəyə "rayon (şəhər) məhkəmələri" sözlərindən sonra ", rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları" sözləri əlavə edilsin.
2. 11.1.8.1-ci maddəyə "rayon (şəhər) məhkəmələrinin," sözlərindən sonra "rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının," sözləri əlavə edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2012-ci il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında