Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

1. Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
1.1 Hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi (RİA) qaydalarının müəyyən edilməsi
İcra: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi - 2013-cü il
1.2 Normativ hüquqi aktların layihələrinin antikorrupsiya ekspertizasından keçirilməsi qaydalarının hazırlanması
İcra: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi - 2013-cü il
2. Ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
2.1 Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən "161 - qaynar xətt" əlaqə mərkəzinin texniki və insan resursu imkanlarının genişləndirilməsi, mərkəzə daxil olmuş məlumatlarla əlaqədar operativ tədbirlər görülməsinin təmin edilməsi, daxil olmuş müraciətlərlə bağlı statistik və analitik məlumatların dərc edilməsi
İcra: Baş Prokurorluq - 2012-2015-ci illər
2.2 Dövlət orqanları tərəfindən qaynar xətlərin təşkili və fəaliyyəti üzrə vahid metodologiya və standartların müəyyən edilməsi
İcra: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2013-cü il
2.3 Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanun layihəsinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2014-cü il
2.4 Korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2013-cü il
2.5 Dövlət qurumlarının rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2012-2015-ci illər
2.6 Ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2013-2014-cü illər
3. Cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
3.1 Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydalarına dair qanun layihələrinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi - 2013-cü il
3.2 Korrupsiyaya qarşı mübarizə sahəsində hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması üzrə təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi - 2013-2014-cü illər
3.3 Korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyin artırılmasına dair təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq - 2013-2014-cü illər
3.4 Korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin müəyyən edilməsi
İcra: Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi - 2013-2014-cü illər
3.5 Korrupsiya cinayətləri üzrə istintaq sövdələşməsinin cinayət-prosessual qanunvericiliyə daxil edilməsi üzrə təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq - 2013-2014-cü illər
4. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
4.1 Komissiyanın korrupsiya ilə əlaqədar dövlət orqanlarına göndərdiyi müraciətlər üzrə araşdırma və qiymətləndirmələr keçirməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - mütəmadi
4.2 Fəaliyyət Planının icra vəziyyətinin yoxlanılması məqsədi ilə Komissiyanın monitorinqlər keçirməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - mütəmadi
4.3 Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədi ilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının keçirilməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - mütəmadi
4.4 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin strukturunun təkmilləşdirilməsi, maddi-texniki və kadr təminatının gücləndirilməsi üzrə təkliflər hazırlanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Nazirlər Kabineti, Maliyyə Nazirliyi - 2013-cü il
5. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
5.1 İdarənin dövlət orqanlarının informasiya sistemləri, məlumat bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin edilməsi üzrə tədbirlər görülməsi
İcra: Baş Prokurorluq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nazirlər Kabineti, aidiyyəti dövlət orqanları - 2013-cü il
5.2 İdarənin preventiv tədbirlər sahəsində fəaliyyətinin genişləndirilməsi və müvafiq tədbirlər planının qəbul edilməsi
İcra: Baş Prokurorluq - 2012-2013-cü illər
5.3 Korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazasının fəaliyyətinin təkmilləşdirilməsi
İcra: Baş Prokurorluq - 2013-2014-cü illər
6. Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması və bu sahədə institusional mexanizmlərin möhkəmləndirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
6.1 Azərbaycan Respublikasının "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə, o cümlədən terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurasının Konvensiyasına qoşulması üçün təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə Monitorinqi Xidməti - 2013-cü il
6.2 Mənimsənilmiş əmlakın bərpası (asset recovery) üzrə ölkədaxili mexanizmin formalaşdırılması məqsədi ilə normativ hüquqi aktın layihəsinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Maliyyə Monitorinqi Xidməti - 2013-2014-cü illər
6.3 Monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərinə aidiyyəti dövlət orqanları tərəfindən nəzarətlə bağlı qaydaların hazırlanması
İcra: Maliyyə Monitorinqi Xidməti və monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə nəzarət edən dövlət orqanları - 2013-cü il
6.4 Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində vahid statistik məlumat bazasının yaradılması
İcra: Maliyyə Monitorinqi Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq - 2013-2014-cü illər
6.5 Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq lombardların və daşınmaz əmlak alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması
İcra: Maliyyə Monitorinqi Xidməti, Ədliyyə Nazirliyi - 2013-cü il
7. Dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
7.1 Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi üzrə layihənin hazırlanması
İcra: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
7.2 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nəzdində ixtisaslaşmış (dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış, maraqlar toqquşmasının qarşısının alınması, korrupsiyaya qarşı mübarizə və s. üzrə təlim və tədrisi həyata keçirən) təlim mərkəzinin yaradılması
İcra: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
7.3 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturunun təkmilləşdirilməsi və maddi-texniki təminatı üzrə təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
8. Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması
Görüləcək işlər və nəticə indikatorları:
8.1 Dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2012-2014-cü illər
8.2 Dövlət qulluqçularının əlavə təhsilini tənzimləyən qaydaların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Təhsil Nazirliyi - 2012-2013-cü illər
8.3 Dövlət orqanlarının nəzdində olan tədris müəssisələri və mərkəzləri tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə təlim modulunun hazırlanması və bu məsələlərlə əlaqədar tədris proqramlarının (etik davranış, maraqlar toqquşması, informasiya azadlığı və s.) təşkili
İcra: mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2013-2014-cü illər
8.4 Dövlət qulluqçularının fəaliyyətini qiymətləndirmə qaydalarının qəbul edilməsi, qiymətləndirmə sisteminin xüsusi proqram təminatının yaradılması
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
8.5 Dövlət qulluğunda rotasiya sisteminin tətbiqi ilə bağlı pilot layihələrin hazırlanması və bununla əlaqədar metodiki qaydaların tərtib edilməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
8.6 Dövlət qulluqçularının məvaciblərinin mərhələlərlə artırılması, onların sosial təminatının gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə Nazirliyi - 2013-2015-ci illər
9. Maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi
Görüləcək işlər və nəticə indikatorları:
9.1 Dövlət qulluqçularının və dövlət orqanlarının digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2013-cü il
9.2 Maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkili
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2013-2015-ci illər
9.3 Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi ilə bağlı təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2013-cü il
10. Etik davranış qaydalarının təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
10.1 Dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2012-2015-ci illər
10.2 Etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması (hesabatlarda aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri göstərilməklə), Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi və ictimaiyyətə açıqlanması
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2012-2015-ci illər
10.3 Etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
10.4 Dövlət orqanlarının internet saytlarında etik məsələlər üzrə xüsusi bölmənin yaradılması (qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizmi, etik qaydalar, etik hesabatlar və s.)
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2013-cü il
10.5 Etik davranış üzrə tədrisin və treninqlərin təşkili ilə əlaqədar tədris modulunun və minimum şərtlərin müəyyən edilməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2013-cü il
11. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
11.1 Bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması
İcra: bələdiyyələr, Ədliyyə Nazirliyi - 2013-cü il
11.2 Bələdiyyə qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədris kurslarının, treninqlərin və seminarların təşkili
İcra: bələdiyyələr, Ədliyyə Nazirliyi - mütəmadi
11.3 Bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması
İcra: bələdiyyələr, Ədliyyə Nazirliyi - 2013-cü il
12. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
12.1 Sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyən edilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi - mütəmadi
12.2 Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi, o cümlədən reyestrə informasiya ötürülməsinin avtomatlaşdırılması
İcra: Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi - 2013-2014-cü illər
12.3 Sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi
İcra: Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi - 2013-cü il
12.4 Qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması
İcra: Ədliyyə Nazirliyi - 2013-cü il
12.5 Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı risk qiymətləndirilməsi sisteminin yaradılması və yoxlamaların risklərin idarə edilməsi əsasında təyin edilməsi
İcra: dövlət tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanları - mütəmadi
12.6 Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsinin hazırlanmasının sürətləndirilməsi
İcra: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası -2012-ci il
12.7 Bütün sahələrdə nağd hesablaşmaların həcminin azaldılması, nağdsız hesablaşmaların həcminin artırılması üçün tədbirlər görülməsi
İcra: Nazirlər Kabineti, Vergilər Nazirliyi, Mərkəzi Bank - 2013-2014-cü illər
13. Audit xidmətlərinin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
13.1 Müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi
İcra: Auditorlar Palatası - mütəmadi
13.2 Beynəlxalq təcrübə nəzərə alınmaqla Auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər) layihəsinin hazırlanması
İcra: Auditorlar Palatası - 2013-cü il
13.3 Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlər görülməsi
İcra: Vergilər Nazirliyi, Auditorlar Palatası - 2013-cü il
13.4 Daxili audit haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Hesablama Palatası, Auditorlar Palatası - 2013-cü il
14. Dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması
Görüləcək işlər və nəticə indikatorları:
14.1 Elektron dövlət satınalmalarının tətbiq edilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2013-cü il
14.2 Dövlət satınalma müqavilələrinin icrasına, o cümlədən həmin müqavilələr üzrə ödənişlərə nəzarətin təkmilləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası - 2013-2014-cü illər
14.3 Dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə və satınalma müqavilələrinin icrasında qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərin gələcəkdə dövlət satınalmalarında iştirakını məhdudlaşdıran mexanizmin yaradılması
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi icra hakimiyyəti orqanları - 2013-2014-cü illər
14.4 Dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iştirak edən iddiaçıların hüquqlarını qorumaq məqsədi ilə şikayətlərə təxirə salınmadan baxılması üçün müvafiq tədbirlər görülməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları - mütəmadi
14.5 Dövlət satınalmalarında aşkar edilən korrupsiya halları barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları - mütəmadi
14.6 Dövlət satınalmalarının həyata keçirilməsi zamanı ehtimal olunan qiymətlərin müəyyən edilməsi metodologiyasının hazırlanması
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2013-2014-cü illər
14.7 Satınalan təşkilatlar tərəfindən növbəti il üçün satınalma planlarının hazırlanaraq Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2013-cü il
14.8 Dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin vahid reyestrinin yaradılması və həmin reyestrin Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları-2013-cü il
15. Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması
Görüləcək işlər və nəticə indikatorları:
15.1 Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün qaydaların sadələşdirilməsinə dair təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Komitəsi - 2013-cü il
15.2 Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların və sənədlərin elektron xidmət vasitəsilə əldə olunmasının təmin edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi - 2013-cü il
15.3 Daşınmaz əmlakın qeydiyyatı orqanları ilə notariuslar arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi - 2013-cü il
15.4 Daşınmaz əmlakın dövlət reyestri ilə digər informasiya sistemləri (məlumat bazaları, məlumat-axtarış bazaları, reyestrlər və s.) arasında mübadilə imkanlarının genişləndirilməsi və informasiya mötəbərliyinin təmin edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi, aidiyyəti dövlət orqanları - 2013-2014-cü illər
16. Lisenziya və icazə vermə, sertifikatlaşdırma işinin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
16.1 Lisenziyaların və icazələrin verilməsi şərtlərinin və müddətlərinin sadələşdirilməsinə dair təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti - 2012-ci il
16.2 Lisenziya və icazələrin verilməsi ilə əlaqədar elektron xidmətlərin təşkil olunması
İcra: aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2013-2014-cü illər
16.3 Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olan ölkələrdə uyğunluq və keyfiyyət sertifikatı almış məhsulların Azərbaycana idxalı zamanı onların yenidən sertifikatlaşdırılması üzrə tələblərin ləğv edilməsinə və ya yüngülləşdirilməsinə dair təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi - 2013-cü il
16.4 "İcazələrin elektron informasiya portalı"nın fəaliyyətinin təmin və təşviq edilməsi, yeni qəbul olunmuş icazə xarakterli sənədlər barədə məlumatların və qanunvericilik aktlarının layihələrinin portala daxil edilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi, dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən dövlət orqanları - 2013-cü il
17. Vergi nəzarəti və yoxlamalarının səmərəliliyinin artırılması
Görüləcək işlər və nəticə indikatorları:
17.1 Vergi auditinin seçim prosesinin avtomatlaşdırılması və seçim standartlarının hazırlanması
İcra: Vergilər Nazirliyi - 2013-2014-cü illər
17.2 Kameral və səyyar vergi yoxlamalarının həyata keçirilməsi üçün standart göstəricilər sisteminin və proqram təminatının işlənib hazırlanması
İcra: Vergilər Nazirliyi - 2013-2014-cü illər
17.3 Vergi ödəyicilərinin zəruri məlumatla təmin edilməsinin və vergi ödəyiciləri arasında təbliğat işinin təkmilləşdirilməsi
İcra: Vergilər Nazirliyi - 2012-2013-cü illər
17.4 Vergi Məcəlləsi üzrə korrupsiyaya şərait yaradan hallar üzrə risk təhlilinin aparılması
İcra: Vergilər Nazirliyi - 2013-2014-cü illər
17.5 Vergi bəyannamələrinin təqdim edilmə dövriliyinin azaldılması ilə bağlı təkliflərin verilməsi
İcra: Vergilər Nazirliyi - 2013-cü il
18. Özəlləşdirmə prosesində şəffaflığın artırılması
Görüləcək işlər və nəticə indikatorları:
18.1 Hərracların təşkili zamanı elektron idarəetmə sisteminin tətbiq edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi - 2013-cü il
18.2 Vətəndaşların real vaxt rejimində hərraclarda qeydiyyatdan keçməsinin təmin edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi - 2013-2014-cü illər
19. Gömrük tarif və rüsumlarının toplanması prosesinin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
19.1 Gömrük rüsum və tarifləri barədə məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi
İcra: Dövlət Gömrük Komitəsi - mütəmadi
19.2 Gömrük ödənişlərində nağdsız ödəniş sisteminə keçilməsinin təmin edilməsi
İcra: Dövlət Gömrük Komitəsi - 2012-2013-cü illər
19.3 Gömrük orqanlarının qərarlarından verilən şikayətlərə baxılması işinin təkmilləşdirilməsi
İcra: Dövlət Gömrük Komitəsi - 2012- 2013-cü illər
19.4 Gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektləri üçün əlverişli şərait yaradılması
İcra: Dövlət Gömrük Komitəsi - 2013-cü il
20. Şəhərsalma və tikinti qanunvericiliyinin və bu sahədə inzibati idarəçiliyin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
20.1 Tikintiyə icazə, tikintiyə nəzarət və tikintinin istismarına icazə ilə bağlı səmərəli inzibati idarəçiliyin yaradılması, bu sahədə "bir pəncərə" sisteminin tətbiqi ilə bağlı təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti - 2013-cü il
20.2 Şəhərsalma və tikinti fəaliyyətində şəffaflığın və ictimaiyyətin iştirakının təmin edilməsi
İcra: Arxitektura və Şəhərsalma Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr - 2013-2014-cü illər
20.3 Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri barədə vətəndaşların maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi
İcra: Arxitektura və Şəhərsalma Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr - 2013-2014-cü illər
20.4 Şəhərsalma və tikinti fəaliyyəti sahəsində elektron hökumət prinsiplərinin tətbiqi ilə bağlı təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti - 2013-cü il
21. Təhsil müəssisələrində idarəetmə mexanizminin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
21.1 Təhsil müəssisələrində imtahan prosesində şəffaflığın artırılması
İcra: Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - 2012-2013-cü illər
21.2 Ali təhsil müəssisələrində şikayətlərə baxılmasının səmərəliliyinin artırılması
İcra: Təhsil Nazirliyi - 2012-2013-cü illər
21.3 Müəllimlərin etik davranış qaydalarının qəbul edilməsi
İcra: Təhsil Nazirliyi - 2012-2013-cü illər
21.4 Vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və mətbu orqanında dərc edilməsi
İcra: Təhsil Nazirliyi - mütəmadi
21.5 Vakant elan edilmiş yerlərə müəllimlərin işə götürülməsi üçün mərkəzləşdirilmiş və şəffaf əsaslarla imtahanların keçirilməsi
İcra: Təhsil Nazirliyi - mütəmadi
21.6 Müəllimlərin müsabiqədənkənar işə qəbulu ilə əlaqədar məsuliyyətin müəyyən edilməsi üzrə təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Təhsil Nazirliyi - 2013-cü il
21.7 Müəllimlərin əməkhaqlarının artırılmasına və sosial təminatının gücləndirilməsinə dair təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti, Təhsil Nazirliyi - 2012-2015-ci illər
22. Səhiyyə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
22.1 Səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlərin sürətləndirilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə Nazirliyi- 2013-2014-cü illər
22.2 Həkimlərin etik davranış kodeksinin təşviqatı üzrə treninq və təlimlərin keçirilməsi
İcra: Səhiyyə Nazirliyi - 2013-2014-cü illər
22.3 Vakant həkim yerləri barədə məlumatların Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində və mətbu orqanında dərc edilməsi
İcra: Səhiyyə Nazirliyi - mütəmadi
22.4 Vakant elan edilmiş yerlərə həkimlərin mərkəzləşdirilmiş qaydada və şəffaf əsaslarla test və müsahibə üsulu ilə işə götürülməsinin təmin edilməsi
İcra: Səhiyyə Nazirliyi - mütəmadi
22.5 Həkimlərin müsabiqədənkənar işə qəbulu ilə əlaqədar məsuliyyətin müəyyən edilməsi üzrə təkliflər verilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə Nazirliyi- 2013-cü il
22.6 Həkimlərin əməkhaqlarının artırılmasına və sosial təminatının gücləndirilməsinə dair təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə Nazirliyi- 2012-2015-ci illər
23. Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
23.1 Korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi sahələrinin araşdırılması və bununla bağlı təlimlərin keçirilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, dövlət müəssisələri - 2013-2014-cü illər
23.2 Dövlət müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsaitdən, o cümlədən maliyyə yardımlarından səmərəli istifadə ilə bağlı təkliflərin hazırlanması
İcra: İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, dövlət müəssisələri - 2013-2014-cü illər
23.3 Dövlət müəssisələrinin öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və ictimaiyyətə açıqlaması
İcra: dövlət müəssisələri - 2013-2015-ci illər
24. Kommunal xidmətlərin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
24.1 Elektrik enerjisinin, təbii qazın və suyun istehlakı və haqqının ödənilməsi sahəsində smart kart tipli sayğacların quraşdırılması prosesinin başa çatdırılması
İcra: "Azərenerji" ASC, "Bakıelektrikşəbəkə" ASC, Dövlət Neft Şirkəti, "Azərsu" ASC - 2013-2014-cü illər
24.2 Elektrik enerjisi, təbii qaz və su istehlakının və buna haqq ödənilməsinin qeydiyyatının aparılmasında avtomatlaşdırılmış mərkəzi kompyuter sisteminin tətbiqinin başa çatdırılması
İcra: "Azərenerji" ASC, "Bakıelektrikşəbəkə" ASC, Dövlət Neft Şirkəti, "Azərsu" ASC - 2013-2014-cü illər
24.3 Hündürmərtəbəli yeni yaşayış binalarının qazla təminatı ilə əlaqədar məsələlərin həll edilməsi
İcra: Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti - 2013-2014-cü illər
24.4 Mənzil-kommunal təsərrüfatı sahəsində islahatların aparılması, o cümlədən bu sahədə göstərilən xidmətlərin normativ və tariflərinin optimallaşdırılması
İcra: Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Tarif (qiymət) Şurası - 2013-2014-cü illər
25. Əmək və sosial təminat sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
25.1 Qeyri-formal məşğulluğun qarşısının alınması və "kölgə iqtisadiyyatına" cəlb olunmuş işçilərin sosial hüquqlarının təmin edilməsi məqsədi ilə onların əmək fəaliyyətinin leqallaşdırılması üzrə tədbirlər görülməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidmət- 2013-2014-cü illər
25.2 Sosial yardım proqramları, sosial xidmətlər göstərilməsi, sosial və işsizlik müavinətləri üzrə daxil olan şikayətlərə baxılması işinin təkmilləşdirilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
25.3 Əmək və sosial təminat sahəsində işçilərin peşəkarlığının artırılmasına və etik davranış qaydalarına dair təlimlərin keçirilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2013-2014-cü illər
25.4 Əlilliyin müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq tədbirlər görülməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
25.5 Ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədlər dairəsinin azaldılması və sənədlərin təqdim edilməsi prosedurunun sadələşdirilməsi üzrə təkliflərin verilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
25.6 Sosial xidmət müəssisələrinin idarəetmə mexanizminin təkmilləşdirilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
25.7 Sosial xidmət sahəsində dövlət sifarişlərinin ixtisaslaşdırılmış müəssisə və təşkilatlara verilməsi mexanizminin yaradılmasına dair təkliflərin verilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
26. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi
Görüləcək işlər və nəticə indikatorları :
26.1 Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak, habelə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq orqanları ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) - 2012-2015-ci illər
26.2 Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasına verilmiş tövsiyələrin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) - 2012-2015-ci illər
26.3 Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə əməkdaşlığın genişləndirilməsi, birgə təhsil və tədris layihələrinin həyata keçirilməsi
İcra: Vergilər Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2013-2015-ci illər
27. Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
27.1 Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasına vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman)-2012-2015-ci illər
27.2 Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi və birgə layihələrin həyata keçirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası - 2012-2015-ci illər
28. Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə
Görüləcək işlər və nəticə indikatorları:
28.1 Fəaliyyət planının icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətinin hər il üzrə dəyərləndirilməsi və ictimaiyyətə açıqlanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2012-2015-ci illər
28.2 Dövlət orqanları tərəfindən öz fəaliyyətlərində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar televiziya və radio proqramlarında xüsusi verilişlərin və debatların təşkil edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları - mütəmadi
28.3 Dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları - mütəmadi
28.4 Ali və orta ixtisas məktəblərinin, ixtisasartırma və tədris mərkəzlərinin proqramlarında korrupsiya ilə mübarizə haqqında tədris kurslarının nəzərdə tutulması
İcra: Təhsil Nazirliyi - mütəmadi
28.5 Orta məktəb şagirdləri arasında korrupsiyaya qarşı mübarizə mövzusunda inşa və rəsm müsabiqələrinin, digər intellektual müsabiqələrin təşkili
İcra: Təhsil Nazirliyi - mütəmadi
28.6 Korrupsiyaya qarşı mübarizə sahəsində bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və əhali arasında paylanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq, mərkəzi və yerli icra hakimiyyəti orqanları - mütəmadi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında