"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq q ə r a r a a l ı r: 
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 709; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 563; 2008, № 5, maddə 345; 2009, № 8, maddə 615) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.12-ci maddədə "ərazi vahidlərinə və" sözləri "ərazi vahidlərinə, inzibati ərazi dairələrinə və sahə" sözləri ilə əvəz edilsin.
2. aşağıdakı məzmunda 2.13-cü, 5.4-1-ci və 11-1-ci maddələr əlavə edilsin:
"2.13. sahə inzibati ərazi dairəsi - rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir.
5.4-1. Rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati ərazi dairələri yaradılır. Sahə inzibati ərazi dairəsi onun əhatə edəcəyi ərazidə yaşayan əhalinin sayının 20.000 nəfər və daha çox olması şərti ilə yaradılır. Əhalisinin sayı 20.000 nəfərdən az olan rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində yalnız bir sahə inzibati ərazi dairəsi yaradıla bilər.
Maddə 11-1. Sahə inzibati ərazi dairələrinin yaradılması və ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi
11-1.1. Azərbaycan Respublikasının ərazisində sahə inzibati ərazi dairələrinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.
11-1.2. Naxçıvan Muxtar Respublikasının ərazisində sahə inzibati ərazi dairələrinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.
11-1.3. Sahə inzibati ərazi dairələrinin yaradılması, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
11-1.3.1. müvafiq icra hakimiyyəti orqanının sahə inzibati ərazi dairəsinin yaradılması, onun adlandırılması və adının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsinə dair qərarı;
11-1.3.2. irəli sürülən təklifin məqsədəuyğunluğunun əsaslandırılmasını, bu Qanunun 5.4-1-ci maddəsinə uyğunluğunu göstərən müvafiq icra hakimiyyəti orqanının izahat məktubu;
11-1.3.3. sahə inzibati ərazi dairələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi.
11-1.4. Sahə inzibati ərazi dairəsinin ləğvinə həmin sahə inzibati ərazi dairəsinin ərazisində yaşayan əhalinin köçməsi, bir sahə inzibati ərazi dairəsinin digər sahə inzibati ərazi dairəsi ilə birləşməsi, sahə inzibati ərazi dairəsinin ərazisi bütövlükdə şəhər, qəsəbə və ya kənd inzibati ərazi dairəsi tərkibinə daxil olan ərazi vahidinin ərazisinə birləşdirilməsi, sahə inzibati ərazi dairəsinin bütün ərazisi hüdudlarında qəsəbə inzibati ərazi dairəsinin yaradılması və ya təbii fəlakətin doğurduğu nəticələrlə əlaqədar yol verilir. Sahə inzibati ərazi dairələrinin ləğv edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
11-1.4.1. müvafiq icra hakimiyyəti orqanının sahə inzibati ərazi dairəsinin ləğv edilməsinə dair qərarı;
11-1.4.2. sahə inzibati ərazi dairəsinin ləğv edilməsinin səbəbini göstərən müvafiq icra hakimiyyəti orqanının izahat məktubu.
11-1.5. Sahə inzibati ərazi dairələri birləşdikdə bu Qanunun 11-1.4-cü maddəsində göstərilmiş sənədlərə birləşmə nəticəsində yaranan sahə inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi əlavə olunur.
11-1.6. Sahə inzibati ərazi dairəsi müvafiq şəhər inzibati ərazi vahidinin və şəhər rayonu inzibati ərazi vahidinin hüdudlarında nömrə ardıcıllığına uyğun olaraq adlandırılır.
11-1.7. Sahə inzibati ərazi dairəsinin hüdudları onların yaradıldığı rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsinin sərhədlərinə müvafiq olaraq müəyyən edilir və onlara uyğun olaraq dəyişdirilir.".
3. 13.2-ci və 13.3-cü maddələrdə "ərazi vahidlərinə və" sözləri "ərazi vahidlərinə, inzibati ərazi dairələrinə və sahə" sözləri ilə əvəz edilsin.
4.13-1-ci maddədə:
4.1.maddənin adında "ərazi vahidləri və" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə" sözləri ilə əvəz edilsin;
4.2.13-1.1-ci maddədə "ərazi dairəsinin" sözlərindən sonra "və yaxud sahə inzibati ərazi dairəsinin" sözləri və "11.2-ci," sözlərindən sonra "11-1.3.3-cü, 11-1.5-ci," sözləri əlavə edilsin;
4.3.13-1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"13-1.2. Bu Qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci, 10.3.4-cü, 11.2-ci, 11-1.3.3-cü, 11-1.5-ci və 12.3.2-ci maddələrində göstərilən xəritələrin təqdim edilməsi tələbi yalnız qeydə alınan və barəsində müvafiq dəyişikliklər edilməsi təklif edilən ərazi vahidlərinə və inzibati ərazi dairələrinə, yaxud sahə inzibati ərazi dairələrinə şamil edilir. Mövcud ərazi vahidlərinin və inzibati ərazi dairələrinin, yaxud sahə inzibati ərazi dairələrinin xəritələrinin təqdim edilməsi həmin ərazi vahidləri və ya inzibati ərazi dairələri, yaxud sahə inzibati ərazi dairələri Dövlət reyestrində olmadığı hallarda tələb olunur.".
5.14.2-ci maddədə "ərazi vahidlərinin və" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə" sözləri ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında