"Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmişdir

1. "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) guşələri milli ornamentlə işlənmiş, on iki guşəli ulduzu xatırladan kompozisiyadan ibarətdir. Ulduzun əks ucları arasındakı məsafə 37 mm-dir.
2. Ulduzun üzərində diametri 29 mm olan, gümüşü rəngli dairəvi lövhə yerləşdirilmişdir. Lövhənin üzərində göy mina ilə örtülmüş və kənarları qabarıq qızılı xətlə haşiyələnmiş dairəvi Şərq qalxanı, yuxarı hissəsində aypara və səkkizguşəli ulduz, ortada kitab, qılınc və tərəzi atributları müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə təsvir edilmişdir.
3. Qalxan aşağı hissəsindən ortasınadək hər iki kənarı boyunca qızılı rəngli dəfnə budaqları ilə əhatə olunmuşdur. Qalxanın dövrəsinin dəfnə budaqları ilə örtülməyən, qabarıq haşiyələnmiş görünən ətrafı üzərinə doqquz düymə bərkidilmişdir.
4. Medalın aşağı hissəsində, ortada ulduzun guşələrinə bərkidilmiş, kənarları qızılı xətlə haşiyələnmiş, qırmızı mina ilə örtülmüş dalğavari lentin üzərinə qabarıq qızılı hərflərlə "ƏDLİYYƏ" sözü həkk edilmişdir.
5. Medalın arxa tərəfinin səthi hamardır, ortada "ƏDLİYYƏ SAHƏSİNDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri, ondan aşağıda medalın nömrəsi həkk olunmuşdur.
6. Medal paltara taxılmaq üçün elementi olan 27 mm x 43 mm ölçüdə qızılı rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşir. Lövhənin üz tərəfi 2 hissədən ibarətdir. Üst hissə hər birinin eni 8 mm olan, kənarlarda qızılı çalarlı, ortada qırmızı rəngli 3 şaquli zolaq təsvir edilmiş xara lentlə örtülmüşdür. Lentin şaquli kənarları eni 1,5 mm olan qara rəngli zolaqla haşiyələnmişdir. Lövhənin alt hissəsi medalın ulduzunun bir guşəsini xatırladan milli ornamentli təbəqədən ibarətdir.
7. Medala paltara taxılmaq üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında