"Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Ə S A S N A M Ə

Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər
"Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə ədliyyə sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və başqa şəxslər aşağıdakılara görə təltif edilirlər:
ədliyyə orqanlarında qulluqda xüsusi fərqlənməyə görə;
ədalət mühakiməsinin həyata keçirilməsi işinə əhəmiyyətli töhfə verməyə görə;
ədliyyə orqanları ilə səmərəli əməkdaşlığa görə;
ədliyyə sahəsində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka və digər xidmətlərə görə.
Maddə 2. Təltif edən orqan
Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.
Maddə 3. Döşə taxılma qaydası
"Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında