Azərbaycan Respublikasının Qanunu
{nl}
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271; Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli, 20 aprel tarixli 333-IVQD nömrəli Qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 5-1-ci fəsil əlavə edilsin:
"5-1-ci fəsil
Sağlamlıq əleyhinə olan inzibati xətalar
Maddə 38-1. Döymə
Döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
2. Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılır.
3. Bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir.
Maddə 38-2. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması
38-2.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə - yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
38-2.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
38-2.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə -
otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 38-2.1-ci və 38-2.2-ci maddələrində "şəxs" dedikdə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.
2. Bu Məcəllənin 38-2.1-ci və 38-2.2-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Maddə 38-3. Zöhrəvi xəstəliklərə yoluxmuş şəxslərin müalicədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə - yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.
Maddə 38-4. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə -
səksən manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir.
Maddə 38-5. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi
38-5.1. Zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə -
yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
38-5.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə - iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.
Maddə 38-6. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulması
38-6.1. Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə - otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
38-6.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə - fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.
38-6.3. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə -
fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.".
2. Yeddinci fəslin adından "sağlamlığı," sözü çıxarılsın.
3. 61 - 63-1-ci və 307-2-ci maddələr ləğv edilsin.
4. 360-cı maddədə "39-50-3" rəqəmləri "38-1-50-3" rəqəmləri ilə, "60-63" rəqəmləri "60, 60-1" rəqəmləri ilə əvəz edilsin, "307-2," və "63-1," rəqəmləri isə çıxarılsın.
5. Aşağıdakı məzmunda 367.0.9-cu maddə əlavə edilsin:
"367.0.9. Bu Məcəllənin 38-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda.".
6. 413.1-ci maddədə "Maliyyə" sözü "Sağlamlıq əleyhinə, yaxud maliyyə" sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu qanun 2012-ci il sentyabrın 1-dən qüvvəyə minir.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.