"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə Azərbaycan Res

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16; 1999-cu il, № 4, maddə 228, № 5, maddə 286; 2001-ci il, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 10, maddə 871, № 12, maddə 1093; 2006-cı il, № 4, maddə 312, № 11, maddə 933; 2007-ci il, № 6, maddə 561, № 8, maddə 756, № 11, maddələr 1053, 1078; 2008-ci il, № 3, maddə 156, № 6, maddələr 462, 481, № 8, maddə 709, № 12, maddə 1048; Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 951-IIIQD nömrəli Qanunu) 11-ci maddəsinin 1-ci bəndinə aşağıdakı məzmunda iyirminci abzas əlavə edilsin:
"Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.".
II. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 14; 2001-ci il, №3, maddələr 138, 145, 146, 147, №12, maddələr 731, 745; 2002-ci il, №6, maddə 328, №8, maddə 464; 2004-cü il, №2, maddə 57, №11, maddə 886; 2005-ci il, №7, maddələr 576, 588, №10, maddə 871; 2006-cı il, №4, maddə 312, №11, maddə 933; 2007-ci il, №8, maddə 756, №11, maddə 1078; 2008-ci il, №7, maddə 602, №8, maddə 695, №12, maddə 1048) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 121-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında