Azərbaycan Respublikasının Qanunu
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin gəlirləri 2 454 300 000,0 manat, xərcləri 2 454 300 000,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri Məbləğ (manatla)
1. Məcburi dövlət sosial sığorta haqları, cəmi, o cümlədən: 1 407 500 000,0
1.1. Büdcədən maliyyələşən təşkilatlar üzrə 506 657 910,0
1.2. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 69 089 680,0
1.3. dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi üzrə daxilolmalar 61 752 410,0
1.4. Digər sığortaedənlər, o cümlədən: 770 000 000,0
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 31 900 000,0
2. Sair gəlirlər, cəmi
O cümlədən: 2 500 000,0
Sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar 1 500 000,0
3. Dövlət büdcəsindən ayırmalar (transfert) 1 044 300 000,0
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri Məbləğ (manatla)
1. Əhaliyə ödənişlər, cəmi, o cümlədən: 2 393 720 000,0
1.1. Əmək pensiyalarının ödənilməsinə, cəmi, o cümlədən: 2 322 540 000,0
Əmək pensiyalarının baza hissəsinə 1 302 220 000,0
Əmək pensiyalarının sığorta hissəsinə 1 020 320 000,0
1.2. Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi ondan: 71 180 000,0
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 21 000 000,0
Hamiləliyə və doğuşa görə 25 000 000,0
Uşağın anadan olmasına görə 4 000 000,0
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 6 000 000,0
Dəfn üçün 10 400 000,0
İşsizliyə görə 4 780 000, 0
2. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 18 850 000,0
3. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmi, o cümlədən: 15 660 000,0
3.1. Sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına 12 400 000,0
3.2. Sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə 250 000,0
3.3. Sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına 120 000,0
3.4. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (İşçilərin əməkhaqqının ödənilməsi) 1 890 000,0
3.5. Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına 1 000 000,0
4. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 21 600 000,0
5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri, cəmi, o cümlədən: 40 000,0
5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 14 000,0
5.2. MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 26 000,0
6. "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin İnkişafına dair Dövlət Proqramı" üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər 1 430 000,0
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 dekabr tarixli 449s nömrəli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası Arasında Maliyyələşdirmə Sazişi ("Sosial Müdafiənin İnkişafı Layihəsi")" üzrə xərclərin maliyyələşdirilməsi 3 000 000,0
Maddə 4. Borcların ödənişi
Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Maddə 5. Qalıq vəsaitlərdən istifadə
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 6. Büdcə təşkilatlarının sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
Maddə 7. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 dekabr 2011-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.