"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddədə:
1.1. dördüncü abzasda "prokurorluğun müstəntiqləri," sözlərindən sonra "prokurorluğun əməliyyatçıları," sözləri əlavə edilsin;
1.2. dördüncü və beşinci abzaslar müvafiq olaraq beşinci və altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
"əməliyyatçı - korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları;".
2. 4-cü maddənin birinci hissəsinin ikinci abzasında "istintaq aparır" sözlərindən sonra ", habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir" sözləri əlavə edilsin.
3. 9-cu maddənin ikinci hissəsinin ikinci cümləsində "prokurorlar və müstəntiqlər" sözləri "prokurorlar, müstəntiqlər və əməliyyatçılar" sözləri ilə əvəz edilsin.
4. 29-cu maddədə:
4.1. maddənin adında "və prokurorluğun müstəntiqi" sözləri ", prokurorluğun müstəntiqi və əməliyyatçısı" sözləri ilə əvəz edilsin;
4.2. birinci hissədə "prokurorluğun müstəntiqi" sözlərindən sonra "və əməliyyatçısı" sözləri əlavə edilsin, "və ya müstəntiq" sözləri ", müstəntiq və ya əməliyyatçı" sözləri ilə əvəz edilsin;
4.3. ikinci hissənin beşinci abzasında "və ya prokurorluğun müstəntiqi" sözləri ", prokurorluğun müstəntiqi və ya əməliyyatçısı" sözləri ilə əvəz edilsin;
4.4. ikinci hissənin səkkizinci abzasında "və müstəntiq" sözləri ", prokurorluğun müstəntiqi və ya əməliyyatçısı" sözləri ilə əvəz edilsin.
5. 30-cu maddənin adında və mətnində, 34-cü maddənin birinci hissəsinin doqquzuncu və onuncu abzaslarında "və ya müstəntiq" sözləri ", prokurorluğun müstəntiqi və ya əməliyyatçısı" sözləri ilə əvəz edilsin.
6. 35-ci maddədə:
6.1. birinci hissədə "və prokurorluğun müstəntiqlərinə" sözləri ", prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına" sözləri ilə əvəz edilsin;
6.2. səkkizinci hissədə "və prokurorluğun müstəntiqlərinin" sözləri ", prokurorluğun müstəntiqlərinin və əməliyyatçılarının" sözləri ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında