"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 19; 2001-ci il, № 12, maddə 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005-ci il, № 8, maddə 686; 2006-cı il, № 12, maddə 1005; 2007-ci il, № 4, maddə 322; 2009-cu il, № 7, maddə 517, № 11, maddə 878) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 4-cü maddənin II hissəsində "şikayəti" sözündən sonra "və ya məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə" sözləri əlavə edilsin.
2. 8-ci maddənin I hissəsində:
2.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.";
2.2. üçüncü cümlədə "göstərilən testi vermədən və şifahi müsahibədən keçmədən" sözləri "yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan" sözləri ilə əvəz edilsin.
3. 10-cu maddədə:
3.1. I hissə aşağıdakı redaksiyada verilsin:
"I. Vəkillər Kollegiyasının Nizamnaməsini, İxtisas və İntizam Komissiyalarının əsasnamələrini və vəkillərin davranış qaydaları haqqında əsasnaməni qəbul etmək, onlara əlavə və dəyişikliklər etmək, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, İntizam Komissiyasının sədrini və üzvlərini seçmək, vəkilliyin rəsmi emblemini və vəkillərin xüsusi geyim formasının təsvirini təsdiq etmək, Vəkillər Kollegiyasının büdcəsini və üzvlük haqqının həcmini müəyyən etmək Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müstəsna səlahiyyətidir. Vəkillər Kollegiyası üzvlərinin sayı beş yüzdən çox olarsa, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının səlahiyyətləri Vəkillər Kollegiyası üzvlərinin konfransı tərəfindən həyata keçirilə bilər.";
3.2. II hissə çıxarılsın;
3.3. III hissənin üçüncü cümləsində "bir" sözü "iki" sözü ilə əvəz edilsin;
3.4. IV hissənin birinci cümləsində "və II hissələrində" sözləri "hissəsində" sözü ilə əvəz edilsin.
4. 19-cu maddənin III hissəsinin üçüncü cümləsində "Aztəminatlı" sözü "Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan" sözləri ilə əvəz edilsin.
5. 20-ci maddədə:
5.1. I hissənin birinci cümləsində "hüquqi yardıma ehtiyacı olan aztəminatlı" sözləri "vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan" sözləri ilə əvəz edilsin;
5.2. II hissənin birinci cümləsində "Rəyasət Heyəti tərəfindən" sözlərindən sonra "müəyyən olunmuş qaydada" sözləri əlavə edilsin.
6. 22-ci maddənin VII hissəsinə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
"Barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz.".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında