Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, I kitab, maddə 250, №5, maddə 323, №12, maddə 835; 2002-ci il, №12, maddə 709; 2003-cü il, №8, maddə 420; 2004-cü il, №3, maddə 123, №5, maddə 318, №6, maddə 415, №10, maddə 761, №11, maddə 901; 2005-ci il, №2, maddə 61, №6, maddə 466, №8, maddələr 684, 692, 693, №11, maddə 996, №12, maddə 1085; 2006-cı il, №2, maddə 68, №3, maddə 225, №5, maddə 387, №6, maddə 478, №8, maddə 657, №12, maddə 1005; 2007-ci il, №2, maddə 80, №6, maddə 560, №8, maddə 745, №10, maddə 937, №11, maddə 1053, №12, maddələr 1215, 1219; 2008-ci il, №3, maddə 145, №6, maddə 456, №7, maddə 602, №12, maddə 1049; 2009-cu il, №2, maddə 47, №5, maddə 295, №6, maddə 404, №7, maddə 517; 2010-cu il, №4, maddə 266) aşağıdakı dəyişikliklər edilsin:
1. 1179.2-ci maddədə "yerli özünüidarə orqanı" sözləri" "müvafiq icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin.
2. 1187-ci maddədə:
2.1. maddənin adı aşağıdakı redaksiyada verilsin: "Vəsiyyətnamənin depozitə qoyulması";
2.2. 1187.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"1187.1. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur.";
2.3. 1187.2-ci maddənin mətnində "digər müvafiq vəzifəli şəxsdə" sözləri "Azərbaycan Respublikasının konsulluqlarında" sözləri ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında