Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (II kitab), maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007-ci il, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008-ci il, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddə 1045, 1049; 2009-cu il, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010-cu il, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058) aşağıdakı dəyişikliklər edilsin:
1. 41.2-ci maddədə "təqsirləndirilən (şübhəli) şəxsin," sözlərindən sonra "o cümlədən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin" sözləri əlavə edilsin.
2. 87.6.14-cü maddədə "apellyasiya və ya kassasiya" sözləri "apellyasiya, kassasiya və ya əlavə kassasiya" sözləri ilə əvəz edilsin.
3. 89.4.12-ci maddədə "apellyasiya və kassasiya şikayəti" sözləri "apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti" sözləri ilə əvəz edilsin.
4. 420.2-ci maddədə "yalnız ilkin hökmün dövlət ittihamçısının kassasiya protesti" sözləri "ilkin hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti" sözləri ilə əvəz edilsin.
5. 422.3-cü maddədə "yalnız məhkum" sözləri "zərər çəkmiş şəxs, mülki iddiaçı və ya onların nümayəndələri, məhkum, sözləri ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 10 iyun 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında