"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən qərara alır:
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998-ci il, № 1, maddə 16; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 6, maddə 328, № 12, maddə 692; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 8, maddə 684; 2009-cu il, № 5, maddə 314, № 7, maddələr 512, 517; 2011-ci il, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:
"Maddə 4-1. Peşəkar dini fəaliyyət və din xadimi
4-1.1. Peşəkar dini fəaliyyət dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyətdir.
4-1.2.Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir.".
2. 5-ci maddənin altıncı hissəsində "din xadimi kimi" sözləri "peşəkar dini" sözləri ilə əvəz edilsin.
3. 6-cı maddədə:
3.1. dördüncü hissədən "(əsasnamələrinə)" sözü çıxarılsın;
3.2. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
"Dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır.".
4. 7-ci maddədə:
4.1. birinci hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlardır.";
4.2. ikinci hissə çıxarılsın;
4.3. üçüncü hissə ikinci hissə hesab edilsin və həmin hissədən "(əsasnamələrinə)" sözü çıxarılsın;
4.4. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər.".
5. 8-ci maddədə:
5.1. birinci hissədə "ibadət" sözündən sonra "etmək" sözü, "dindar" sözündən əvvəl "yetkinlik yaşına çatmış" sözləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
"İslam dini icmaları məscidlərdə Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılır.".
6. 9-cu maddənin dördüncü hissəsində ", ziyarətgahlar, dini təhsil müəssisələri və dini qardaşlıqlar" sözləri "və dini təhsil müəssisələri" sözləri ilə əvəz edilsin, həmin hissədən "(əsasnamələrində)" sözü çıxarılsın.
7. 11-ci maddənin adından "(əsasnamələri)" sözü, birinci, ikinci və yeddinci hissələrindən "(əsasnaməsi)" sözü, üçüncü hissəsinin birinci abzasından "(əsasnaməsində)" sözü, üçüncü hissəsinin 7-ci bəndindən "(əsasnaməsinə)" sözü, beşinci hissəsindən "(əsasnamədə)" sözü çıxarılsın.
8. 12-ci maddədə:
8.1. birinci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.";
8.2. ikinci hissədə:
8.2.1. birinci cümlədə "on nəfər yetkin yaşlı şəxs" sözləri "əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri" sözləri ilə əvəz edilsin, "(əsasnaməsi)" sözü çıxarılsın;
8.2.2. ikinci cümlədə "həmin dinin və" sözləri "dini" sözü ilə, üçüncü cümlədə "15" rəqəmi "30" rəqəmi ilə əvəz edilsin;
8.3. üçüncü hissədən ", dini qardaşlıqların" sözləri və "(əsasnamə)" sözü çıxarılsın;
8.4. beşinci hissədə "20 gün müddətində" sözlərindən sonra "dini mərkəz və idarələrin vasitəsi ilə" sözləri, "təqdim etməlidir" sözlərindən əvvəl "həmin qaydada" sözləri əlavə edilsin;
8.5. altıncı hissənin üçüncü bəndindən "(əsasnamə)" sözü çıxarılsın.
9. 12-1-ci maddədə:
9.1. birinci hissənin 1-ci bəndindən "(əsasnamə)" sözü çıxarılsın;
9.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Dini mərkəz və idarələr dini icmalar barədə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda, həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırırlar.".
10. 16-cı maddədə:
10.1. birinci hissədə "dövlət təşkilatlarının" sözləri "dövlətin" sözü ilə əvəz edilsin;
10.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:
"Dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər.".
10.3. beşinci hissə aşağıdakı redaksiyada verilsin:
"Dini qurumlar torpaq sahələrindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq istifadə edirlər.".
11. 17-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Dövlət mülkiyyətində olan dini tarix və mədəniyyət abidələrinin özəlləşdirilməsinə və Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş dini təyinatlı mədəniyyət sərvətlərinin mülki dövriyyədə olmasına yol verilmir.".
12. 18-ci maddənin beşinci hissəsi yeddinci hissə hesab edilsin və maddəyə aşağıdakı məzmunda beşinci və altıncı hissələr əlavə edilsin:
"Dini mərkəz və idarələrin maliyyə vəsaiti bu Qanunun tələbləri nəzərə alınmaqla əldə edilən vəsait, həmçinin fiziki və hüquqi şəxslərin, dini qurumların və ziyarətgahların könüllü ayırmaları hesabına yaranır.
Dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərəfindən maliyyə yardımı göstərilə bilər.".
13. 19-cu maddədən "(əsasnamələrinə)" sözü çıxarılsın.
14. 20-ci maddənin birinci hissəsində "Dövlət təşkilatının" sözləri "Dövlətin" sözü ilə əvəz edilsin, ikinci hissəsindən "(əsasnaməsinə)" sözü çıxarılsın.
15. 23-cü maddənin mətnində "ictimai fondlar vasitəsi ilə və ya digər formada" sözləri "təsis etdiyi fondlar, o cümlədən ictimai fondlar vasitəsi ilə xeyriyyəçilik və" sözləri ilə əvəz edilsin.
16. 24-cü maddənin ikinci hissəsində "orqanının razılığı ilə" sözləri "orqanı ilə razılaşdırılmaqla" sözləri ilə əvəz edilsin, həmin hissədən ", qəbulu" sözü çıxarılsın.
17. 25-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Dini qurumla işçi arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.".
18. 27-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 27. Dini qurumların işçilərinin sosial sığortası və pensiya təminatı
Dini qurumların işçilərinin sosial sığortası "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu, pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.".
19. 29-cu maddənin üçüncü abzasında "anlaşmanın və bir-birinə dözüm və hörmətin" sözləri "hörmət, anlaşma və dözümlülük mühitinin" sözləri ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 10 iyun 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında