"Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko Kaspian Si Petroleum Li

Azərbaycan Respublikasının Qanunu

{nl}

"Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko Kaspian Si Petroleum Limited, Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited, Delta Nimir Xəzər Limited, Den norske stats olyeselskap a.s., LUKoyl Səhmdar Cəmiyyəti, MakDermott Azərbaycan İnk., Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiye Petrolleri A.O., Yunokal Xəzər, Ltd arasında Saziş" (bundan sonra - Saziş) 1994-cü il sentyabrın 20-də bağlanmış və Azərbaycan Respublikasının 1994-cü il 2 dekabr tarixli 933 nömrəli Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. 
Sazişin müvafiq şərtlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (EySC) Limited, Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, Hess (ACG) Limited, İNPEKS Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., Statoyl Apşeron AS və Türkiye Petrolleri A.O. şirkətləri arasında 2011-ci il iyunun 17-də Sazişə əlavə və dəyişikliklər edilməsi haqqında Birinci Qoşma bağlanmışdır.
Azərbaycan Respublikasının Milli Məclisi:
Azərbaycan Respublikasının qanunvericiliyində Sazişə Birinci Qoşmanın əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını;
Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası Qanununun olmamasını;
Sazişin şərtlərinə görə, ona edilən əlavə və dəyişikliklərin qanunverici orqan tərəfindən təsdiqindən sonra qanun olmasını;
bu Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq,
Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko Kaspian Si Petroleum Limited, Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited, Delta Nimir Xəzər Limited, Den norske stats olyeselskap a.s., LUKoyl Səhmdar Cəmiyyəti, MakDermott Azərbaycan İnk., Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiye Petrolleri A.O., Yunokal Xəzər, Ltd arasında Saziş"ə Birinci Qoşma (bundan sonra - Birinci Qoşma) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. Bu Qanun qüvvəyə mindikdən sonra Birinci Qoşma Qanun olur. Birinci Qoşma, onun qüvvəyə minməsindən irəli gələn bütün hüquqi nəticələri ilə Sazişin ayrılmaz hissəsi olur.
3. Saziş, Birinci Qoşma ilə əlavə və dəyişiklik edilmiş şəkildə tam hüquqi qüvvəyə malik olmağa davam edir və Azərbaycan Respublikasının Qanunu olaraq tam qüvvəsini saxlayır.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında