"Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №11, maddə 945) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554 200,0 min manat, xərcləri 15 941 200,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 107 158,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 14 633 180,0 min manat, yerli xərcləri 1 308 020,0 min manat) məbləğində təsdiq edilsin.".
2. 2-ci maddədəki cədvəlin 2.1-ci bəndində "690 000,0" rəqəmi "708 000,0" rəqəmi ilə, 2.2-ci bəndində "1 210 000,0" rəqəmi "1 730 000,0" rəqəmi ilə, 2.3-cü bəndində "2 121 600,0" rəqəmi "2 215 600,0" rəqəmi ilə, 2.3.1-ci bəndində "818 000,0" rəqəmi "830 000,0" rəqəmi ilə, 2.10-cu bəndində "215 000,0" rəqəmi "223 000,0" rəqəmi ilə, 2.14-cü bəndində "296 400,0" rəqəmi "406 400,0" rəqəmi ilə, 2.16-cı bəndində "3 918,5" rəqəmi "13 918,5" rəqəmi ilə, 2.19-cu bəndində "6 480 000,0" rəqəmi "9 203 200,0" rəqəmi ilə, 2.22-ci bəndində "26 000,0" rəqəmi "36 000,0" rəqəmi ilə əvəz edilsin.
3. 3-cü maddədəki cədvəlin 3.2.2-ci bəndində "3 918,5" rəqəmi "13 918,5" rəqəmi ilə, 3.2.3-cü bəndində "93 253,7" rəqəmi "83 253,7" rəqəmi ilə əvəz edilsin.
4. 5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Yığımların vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun maliyyə sanksiyası və faizlər tətbiq edilsin.".
5. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 8. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmələri və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:
Xərclərin istiqamətləri Məbləğ(manatla)
8.1. Ümumi dövlət xidmətləri 1.158.636.454,0
8.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 326.634.754,0
8.1.2. beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 98.779.318,0
8.1.3. elm xərcləri 114.627.887,0
8.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 15.695.808,0
8.1.5. dövlət borcuna və öhdəliklərin xidmət edilməsi ilə bağlı xərclər 346.698.687,0
8.1.6. yerli (bələdiyyə) büdcələrə verilən dotasiya 3.500.000,0
8.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 252.700.000,0
8.2. Müdafiə 1.364.796.025,0
8.2.1. müdafiə qüvvələri 1.270.857.361,0
8.2.2. milli təhlükəsizlik 88.955.665,0
8.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2.326.428,0
8.2.4. digər kateqoriyalara aid edilməyən xərclər 2.656.571,0
8.3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 783.290.313,0
8.3.1. məhkəmə hakimiyyəti 43.331.981,0
8.3.2. Hüquq-mühafizə 686.482.522,0
8.3.3. Prokurorluq 53.130.326,0
8.3.4. digər kateqoriyalara aid edilməyən xərclər 345.484,0
8.4. Təhsil 1.399.802.942,0
8.4.1. məktəbəqədər və ibtidai təhsil 95.345.539,0
8.4.2. natamam və orta təhsil 758.322.758,0
8.4.3. internat və xüsusi məktəblər 49.630.249,0
8.4.4. texniki-peşə məktəbləri və liseylər 72.776. 933,0
8.4.5. ali təhsil 125.292.329,0
8.4.6. təhsil sahəsində tətbiqi tədqiqatlar 5.039.371,0
8.4.7. təhsil sahəsində digər xidmətlər 293.395.763,0
8.5. Səhiyyə 563.219.781,0
8.5.1. poliklinikalar və ambulatoriyalar 88.840.959,0
8.5.2. Xəstəxanalar 273.190.075,0
8.5.3. səhiyyə sahəsində digər xidmətlər 4.863.761,0
8.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 3.453.649,0
8.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 192.871.337,0
8.6. Sosial müdafiə və sosial təminat 1.611.840.460,0
8.6.1. sosial müdafiə xərcləri 1.593.611.862,0
8.6.1.1. Azərbaycan Respublikasının Dövlət Sosia Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert) 691.000.000,0
8.6.1.2. Sosial müavinətlər, yardımlar və digər sosial ödənişlər 594.684.921,0
8.6.1.3. Sığorta-pensiya təminatı və əmək haqq sistemində islahatlar 307.926.941,0
8.6.2. sosial təminat xərcləri 18.228.598,0
8.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 211.750.181,0
8.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 125.019.365,0
8.7.2. radio, televiziya və nəşriyyat 51.491.582,0
8.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 29.649.127,0
8.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 5.590.107,0
8.8. Mənzil və kommunal təsərrüfatı 317.294.588,0
8.8.1. mənzil təsərrüfatı 63.577.370,0
8.8.2. kommunal təsərrüfatı 248.876.271,0
8.8.3. su təsərrüfatı 4.377.388,0
8.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 463.559,0
8.9. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 453.010.058,0
8.9.1. kənd təsərrüfatı 431.003.408,0
8.9.2. meşə təsərrüfatı 9.651.188,0
8.9.3. balıqçılıq və ovçuluq 2.027.492,0
8.9.4. ətraf mühitin mühafizəsi 3.585.506,0
8.9.5. hidrometeorologiya tədbirləri 6.742.464,0
8.10. Sənaye, tikinti və faydalı qazıntılar 5.880.748 706,0
8.10.1. Tikinti 5.867.117.000,0
8.10.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 5.864.117.000,0
8.10.2. faydalı qazıntılar 13.631.706,0
8.11. Nəqliyyat və rabitə 67.272.161,0
8.11.1. Nəqliyyat 63.222.497,0
8.11.2. Rabitə 4.049.664,0
8.12. İqtisadi fəaliyyət 118.890.200,0
8.12.1. iqtisadi və kommersiya fəaliyyəti 35.000.000,0
8.12.2. iqtisadi fəaliyyətin digər sahələri 20.000.000,0
8.12.3. çoxsahəli inkişaf layihələri 62.934.150,0
8.12.4. İqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar 956.050,0
8.13. Əsas bölmələrə aid edilməyən xidmətlər 2.010.648.131,0
8.13.1.məqsədli büdcə fondları 270.000.000,0
8.13.1.1. "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu 170.000.000,0
8.13.1.2. "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu" 100.000.000,0
8.13.2. ehtiyat fondları 360.000.000,0
8.13.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 210.000.000,0
8.13.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 150.000.000,0
8.13.3. əsas bölmələrə aid edilməyən sair xərclər 1.380.648.131,0
8.13.3.1. Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 1.087.000.000,0
8.13.3.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 152.000.000,0
8.13.3.3. Digər xidmətlər üzrə xərclər 141.648.131,0
6. 10-cu maddə üzrə:
6.1. "4.420.000.000,0" rəqəmi "5.160.000.000,0" rəqəmi ilə əvəz edilsin.
6.2. həmin maddədəki cədvəlin "1. Bakı" sətrində "4 064 777 400" rəqəmi "4 804 777 400" rəqəmi ilə, "Cəmi" sətrində "4 420 000 000" rəqəmi "5 160 000 000" rəqəmi ilə əvəz edilsin.
7. 15-ci maddənin birinci cümləsində "687 000,0" rəqəmi "387 000,0" rəqəmi ilə, 16-cı maddədə "15 121 062,3" rəqəmi "18 614 847,2" rəqəmi ilə və 17-ci maddədə "8 704 661,1" rəqəmi "11 428 446,0" rəqəmi ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2011-ci il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında