Şriftin ölçüsü:
09.06.2011 09:48 | Oxunma sayı: 1159
Azərbaycan Respublikasının Qanunu
{nl}
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası gəlirlər 11403031,6 min manat, xərclər 11765920,9 min manat məbləğində olmaqla təsdiq edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:
Sıra №-si Göstəricilər Məbləğ (manatla)
Gəlirlər 11 403 031 636
1. Fiziki şəxslərin gəlir vergisi 590 248 810
2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 1 429 856 819
3. Əlavə dəyər vergisi 2 082 472 396
3.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 810 957 251
4. Aksiz 514 912 354
4.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz 62 884 956
5. Hüquqi şəxslərin əmlak vergisi 101 813 167
6. Hüquqi şəxslərin torpaq vergisi 35 308 912
7. Yol vergisi 24 819 309
7.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 9 631 250
8. Mədən vergisi 130 074 370
9. Sadələşdirilmiş vergi 65 499 774
10. Gömrük rüsumları 218 254 067
11. Dövlət rüsumu 89 776 929
12. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 5 148 747
13. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 5 371 522
14. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar 71 452 015
15. Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 430 845
16. Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər 176 666
17. Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar 28 209 083
18. Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər -
19. Dövlət Neft Fondundan daxilolmalar 5 915 000 000
20. Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 2 036 200
21. Müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar 2 989 900
22. Aksiz markaların satışından daxilolmalar 3 257 991
23. Sair gəlirlər 85 921 760
23.1. Cərimələr və sanksiyalar üzrə daxilolmalar 33 056 206
23.2. Beynəlxalq təşkilatlardan daxil olan qrantlar 3 108 000
23.3. Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın satışından daxilolmalar 2 139 439
23.4. Sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar 2 121 361
23.5. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan qazanc 582 242
23.6. Digər sair gəlirlər 44 914 512 Xərclər 11 765 920 936
1. Ümumi dövlət xidmətləri 794 247 915
1.1. Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 303 018 493
1.2. Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 26 698 717
1.3. Elm xərcləri 92 824 845
1.4. Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 44 959 743
1.5. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 91 748 832
1.6. Yerli (bələdiyyə) büdcələrə verilən dotasiya 3 497 285
1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 231 500 000
2. Müdafiə 1 185 241 510
2.1. Müdafiə qüvvələri 1 099 645 729
2.2. Milli təhlükəsizlik 81 513 518
2.3. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 1 993 570
2.4. Digər kateqoriyalara aid edilməyən xərclər 2 088 693
3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 668 487 826
3.1. Məhkəmə hakimiyyəti 29 300 439
3.2. hüquq-mühafizə 599 115 270
3.3. prokurorluq 39 783 687
3.4. Digər kateqoriyalara aid edilməyən xərclər 288 430
4. Təhsil 1 180 790 743
4.1. Məktəbəqədər və ibtidai təhsil 88 571 035
4.2. Natamam və orta təhsil 684 751 842
4.3. İnternat və xüsusi məktəblər 46 353 188
4.4. Texniki-peşə məktəbləri və liseylər 62 574 625
4.5. Ali təhsil 131 967 785
4.6. Təhsil sahəsində tətbiqi tədqiqatlar 4 111 365
4.7. Təhsil sahəsində digər xidmətlər 162 460 903
5. Səhiyyə 429 161 320
5.1. Poliklinikalar və ambulatoriyalar 75 860 231
5.2. xəstəxanalar 234 738 059
5.3. Səhiyyə sahəsində digər xidmətlər 4 426 950
5.4. Səhiyyə sahəsində tətbiqi tədqiqatlar 2 960 195
5.5. Səhiyyə sahəsinə aid edilən digər xidmətlər 111 175 885
6. Sosial müdafiə və sosial təminat 1 122 976 247
6.1. Sosial müdafiə xərcləri 1 108 037 218
6.1.1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert) 566 704 800
6.2. Sosial təminat xərcləri 14 939 029
7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 168 378 082
7.1. Mədəniyyət və incəsənət sahəsində fəaliyyət 94 949 614
7.2. Radio, televiziya və nəşriyyat 47 313 788
7.3. Bədən tərbiyəsi, gənclər siyasəti və turizm 23 196 184
7.4. Digər kateqoriyalara aid edilməyən fəaliyyət 2 918 496
8. Mənzil və kommunal təsərrüfatı 199 864 310
8.1. Mənzil təsərrüfatı 16 791 347
8.2. Kommunal təsərrüfatı 179 582 510
8.3. Su təsərrüfatı 3 054 066
8.4. Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 436 387
9. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 372 052 881
9.1. Kənd təsərrüfatı 352 893 947
9.2. Meşə təsərrüfatı 8 770 332
9.3. Balıqçılıq və ovçuluq 1 703 246
9.4. Ətraf mühitin mühafizəsi 2 833 244
9.5. Hidrometeorologiya tədbirləri 5 852 112
10. Sənaye, tikinti və faydalı qazıntılar 4 146 948 340
10.1. tikinti 4 133 675 564
10.1.1. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 4 132 369 741
10.2. Faydalı qazıntılar 13 272 776
11. Nəqliyyat və rabitə 55 130 240
11.1. nəqliyyat 52 416 538
11.2. rabitə 2 713 702
12. İqtisadi fəaliyyət 115 948 706
12.1. İqtisadi və kommersiya fəaliyyəti 34 999 964
12.2. İqtisadi fəaliyyətin digər sahələri 14 000 000
12.3. Çoxsahəli inkişaf layihələri 66 948 742
13. Əsas bölmələrə aid edilməyən xidmətlər 1 326 692 816
13.1. Məqsədli büdcə fondları 267 099 862
13.1.1. "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu 169 999 862
13.1.2. "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu" 97 100 000
13.2. Ehtiyat fondları 607 732 961
13.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 159 480 185
13.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 448 252 776
13.3. Əsas bölmələrə aid edilməyən sair xərclər 451 859 993
14. Büdcə kəsiri 362 889 300
15. 2011-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 703 400
Maddə 3. 2010-cu il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2011-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilsin.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2011-ci il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.