"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 612; 2002-ci il, № 5, maddə 250, № 6, maddə 328; 2004-cü il, № 3, maddə 133; 2005-ci il, № 12, maddə 1079; 2006-cı il, № 2, maddə 64, № 11, maddə 933, № 12, maddə 1005; 2007-ci il, № 6, maddə 560; 2008-ci il, № 4, maddə 252, № 6, maddə 462; 2010-cu il, № 3, maddə 172, № 6, maddə 487) aşağıdakı dəyişikliklər edilsin:
1.5-ci maddə üzrə:
1.1. I hissə aşağıdakı redaksiyada verilsin:
"I. Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir.";
1.2. II hissədə "hansı təhqiqat orqanı" sözləri "əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti" sözləri ilə əvəz edilsin;
1.3. III hissədə "Təhqiqat orqanlarının" sözləri "Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin" sözləri ilə əvəz edilsin;
1.4. IV hissədə "müvafiq icra hakimiyyəti orqanları" sözlərindən sonra "və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı" sözləri əlavə edilsin;
1.5. aşağıdakı məzmunda V hissə əlavə edilsin:
"V. Korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər.".
2. 20-ci maddə üzrə:
2.1. I hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.";
2.2. III hissədə "prokurora" sözü "prokuror nəzarətinin subyektinə" sözləri ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2011-ci il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında