“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Hesablama Palatası haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət satınalmaları haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı

Azərbaycan Respublikasının Milli Məclisi  qərara alır:

{nl}

I. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 417; 1998-ci il, № 7, maddə 444; 1999-cu il, № 10, maddə 570; 2001-ci il, № 3, maddə 151, № 11, maddə 697, № 12, maddə 736; 2002-ci il, № 8, maddə 463; 2004-cü il, № 1, maddə 10;  2006-cı il, № 5, maddə 390, № 12, maddə 1005; 2007-ci il, № 11, maddə 1053)  10-1.3.1-ci maddəsində “mülki-hüquqi, inzibati və ya cinayət” sözləri “mülki-hüquqi və ya inzibati” sözləri ilə əvəz edilsin, “görülməsi” sözündən sonra  “, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə isə müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi” sözləri əlavə edilsin.

{nl}

II. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 405; 2001-ci il, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 242; 2003-cü il, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005-ci il, № 2, maddə 62; 2006-cı il, № 2, maddə 67, № 11, maddə 923, № 12, maddə 1005; 2007-ci il, № 11, maddələr 1053, 1082; 2008-ci il, № 5, maddə 354;  2009-cu il, № 6, maddə 410) 19-cu maddəsinin 3-cü bəndinə aşağıdakı məzmunda 5-1-ci yarımbənd əlavə edilsin:

{nl}

“5-1) ”Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə;".

{nl}

III. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 480; 2001-ci il, № 11, maddə 676, № 12, maddə 744; 2004-cü il, № 4, maddə 202, № 9, maddə 667; 2005-ci il, № 2, maddə 62; 2007-ci il, № 7, maddə 712; 2008-ci il, № 5, maddə 339; 2009-cu il, № 6, maddə 395) 2-ci maddəsinə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin, on ikinci və on üçüncü abzaslar müvafiq olaraq on üçüncü və on dördüncü abzaslar hesab edilsin:

{nl}

“dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir;”.

{nl}

 

{nl}

IV. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 690; 2001-ci il, № 12, maddə 736; 2002-ci il,  № 5, maddə 242; 2004-cü il, № 4, maddə 202; 2005-ci il, № 2, maddə 62; 2007-ci il, № 11, maddə 1082) aşağıdakı əlavə və dəyişiklik edilsin:

{nl}

1. 8-ci maddənin 2-ci bəndinə aşağıdakı məzmunda dördüncü və beşinci abzaslar əlavə edilsin:

{nl}

“Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz.

{nl}

Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.";

{nl}

2. 11-ci maddənin 3-cü bəndində “təsdiq edir və öz əhalisinə çatdırırlar” sözləri “təsdiq edir və yerli əhalini tanış etmək məqsədi ilə həmin hesabatı müxtəlif vasitələrlə (elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s.) onlara çatdırırlar” sözləri ilə əvəz edilsin.

{nl}

V. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (II kitab), maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007-ci il, № 2, maddələr 65, 68,  № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008-ci il, № 6, maddə 462, № 7, maddələr 606, 607,  № 12,  maddələr  1045, 1049;  2009-cu il, № 5, maddə 315,  № 7, maddə 517; Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 923-IIIQD nömrəli Qanunu) 207.1.2-ci maddəsində “isə 20 (iyirmi) gündən” sözləri “20 (iyirmi) gündən, bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən” sözləri ilə əvəz edilsin.

{nl}

VI. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 11, № 12, maddə 706; 2005-ci il, № 12, maddə 1083; 2006-cı il, № 12, maddə 1005) aşağıdakı əlavələr və dəyişiklik edilsin: 

{nl}

1. aşağıdakı məzmunda 4.1.7-ci maddə əlavə edilsin:

{nl}

 “4.1.7. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını (bundan sonra - rəsmi internet saytı) yaradır.” ;

{nl}

2. 5.3-cü maddənin birinci cümləsində “etdirilir” sözündən sonra “və rəsmi internet saytında yerləşdirilir” sözləri əlavə edilsin;

{nl}

3. 11.1-ci maddədə və 41.1-ci maddənin birinci cümləsində “etdirir” sözündən sonra “və rəsmi internet saytında yerləşdirir” sözləri əlavə edilsin;

{nl}

4. 17.2-ci maddənin ikinci cümləsində “məqsədi ilə” sözlərindən sonra “bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına” sözləri əlavə edilsin;

{nl}

5. 22.1-ci maddənin dördüncü abzasında “tender elanını” sözlərindən əvvəl “tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra” sözləri əlavə edilsin;

{nl}

6. 25.1-ci və 25.2-ci maddələrdə “vasitələrində” sözündən sonra “, habelə rəsmi internet saytında” sözləri əlavə edilsin;

{nl}

7. 48.2-ci maddədən “bildiriş dərc edilməsini qənaət və səmərəlilik baxımından məqsədəuyğun saymadığı hallar istisna olmaqla,” sözləri çıxarılsın.

{nl}

VII. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 470; 2007-ci il, № 10, maddə 934; 2009-cu il,  № 1, maddə 7) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 7.8-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

{nl}

“7.8. daxil olan korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin ümumiləşdirilməsini həyata keçirir, habelə onun nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına və ya auditor təşkilatlarına həvalə edir və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir;”.

{nl}

 

{nl}

İlham ƏLİYEV

{nl}

Azərbaycan Respublikasının Prezidenti

{nl}

Bakı şəhəri, 12 fevral 2010-cu il

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında