Milli Məclisin deputatı Hikmət Babaoğlu:

İstanbulda Xocalı soyqırımı abidəsinin açılışı iki dövlətin dostluq və qardaşlığının daha bir nümunəsidir

“Türkiyədə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Xocalı qətliamı Azərbaycanda baş verdi, amma onun odu bizim də ürəyimizi yandırdı. Mən düşünürəm ki, Türkiyənin birinci şəxsinin dilindən bu fikrin səslənməsi həm böyük dəstəkdir, həm də uca səslə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.” Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu yap.az.org saytına müsahibəsində deyib.

Türkiyədə keçirilmiş tədbirlərlə bağlı təəssüratlarını bölüşən deputat qeyd edib ki, qardaş ölkədə  Xocalı soyqırımı ilə bağlı hər il tədbirlər təşkil olunur, yeni yetişən gənc nəslin məlumatlandırılması üçün geniş auditoriyalarda, universitetlərdə, konfrans salonlarında mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Bu dəfə isə bu işlərin davamı olaraq,  İstanbul şəhərinin Bağcılar bələdiyyəsinin təşəbbüsü ilə   böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı yüksək səviyyədə keçirildi. “Xocalı soyqırımı qurbanlarına xatirə abidəsinin ucaldılması iki dövlətin dostluq və qardaşlığının daha bir nümunəsidir. “ –deyən Milli Məclisin deputatı Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasına da toxunub: “Bütövlükdə  Xocalı soyqırımının dünyada tanıdılması və onu törətmiş cinayətkarların cəzalandırılması dövlətimizin diqqət mərkəzindədir. Biz əminik ki, sonda ədalət zəfər çalacaq.”

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında