Belçikanın Gent şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir

Fevralın 23-də Belçikanın Gent şəhərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsamayilov və qurumun icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də iştirak ediblər.

Gent Türk Ocağının təşkil etdiyi "Qafqazda barışın önündəki əngəllər: əvvəli və sonrasıyla Qarabağın işğalı – üç nəsil bir faciə" adlı tədbir və foto-sərgidə diaspor təmsilçiləri, Gent şəhərinin yerli sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gent Türk Ocağının qurucu başqanı Rəcəb Tuncər Sarı 26 il öncə Azərbaycanın tarixi torpaqları olan Qarabağ bölgəsindəki işğal faktlarına diqqət çəkərək bildirib ki, zaman-zaman türklərə qarşı soyqırımlar törətməkdən çəkinməyən ermənilər fevralın 25-dən
 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan qətliamlar törətdilər, bu qəsəbədə dəhşətli bir soyqırım gerçəkləşdirdilər: "Xocalı soyqırımı tarix boyu türk millətinə qarşı edilmiş ən böyük cinayətlərdən biri, bəlkə də ən amansızıdır. Ona görə də biz bu dəhşətli hadisələrin unudulmamasına çalışaraq, bütün dünyaya çatdırmalıyıq".

Gent Türk Ocağının sədri Erdal Böcük də Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı edilmiş cinayət hesab edərək, bu qətliamları törədənlərin ədalət məhkəmələrində cavab verməli olduqlarını bildirib.

Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev çıxışında ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi səbəblərinə tarixi ekskurs edərək bildirib ki, iki yüz ilə yaxın bir vaxtdır ermənilər Azərbaycan əraziləri hesabına qurulmuş dövlətlərinin ərazilərini genişləndirmək üçün zaman-zaman münaqişələr törədib, Azərbaycan torpaqlarına təcavüz ediblər. Lakin 26 il öncə  baş verən Xocalı soyqırımı bəşəriyyət tarixinin ən qanlı səhifəsidir və biz bunu əsla unutmayacağıq.

ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, ermənilər və onların havadarları Xocalı soyqırımını törətməklə, xalqımızın gözünün odunu almaq, onlara öz torpaqlarından əl çəkdirmək məqsədi daşıyırdı. Lakin bu cür faciələr, qətliamlar bizi əsla qorxuda bilmədi. Bu gün biz bütün dünyada türk millətinə qarşı bir müharibə, savaş başladıldığını görürük. Biz bu savaşdan inandığımız haqq-ədalət və yalnız birlik yolu ilə qalib çıxa bilərik. Yalnız birliyimiz nəticəsində bu soyqırımı görməzdən gələn, onu törədənlərdən hesab sormağa cürətləri çatmayan beynəlxalq təşkilatlara təsir edə bilərik, öz həqiqətlərimizi tanıda bilərik.

Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərini gücləndirməyin vacib olduğunu bildirib, Xocalı soyqırımının dünyaya çatdırılması və bu istiqamətdə Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatlarının birgə iş qurmalarının vacibliyini qeyd edərək, Gent Türk Ocağına göstərdiyi dəstək üçün təşəkkür edib.

Hazırladı:
Anar TURAN, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında