Xocalı soyqırımı Fransanın Kolmar şəhərində yad edilib

Fransada Azərbaycanın Dostları Assosiasiyasnın fəalları  Fransanın Kolmar şəhərində meriya ilə birlikdə Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirib.

Qətliam qurbanlarının xatirəsinə və Dağlıq Qarabağda sülhün bərqərar olmasına həsr olunmuş toplantıda Xocalı şədidləri ehtiramla yad edildikdən sonra Kolmar şəhərinin meri Jilber Meyer bu haqqsızlığa beynəlxalq aləmdə hüquqi qiymət veriləcəyinə və işğal edilmiş regionda sülhün bərqərar olacağına ümid etdiyini bildirib. Mer Azərbaycanla illərdən bəri davam edən əlaqələr və Kolmar ilə Şəki arasında imzalanmlş dostluq və əməkdaşlıq xartiyası barədə də məlumat verib.

Azərbaycanın Dostları Assosiasiyasının sədri, Fransa Parlamentinin sabiq üzvü Jan-Fransua Mansel mərasimə toplaşanlara Xocalı faciəli barədə məlumat verərək bu qanlı tarixin hər bir azərbaycanlı üçün unudulmaz və ağrılı oldugunu bildirib, hər bir vicdanlı insanı Xocalıda törədilmiş insanlıq əleyhinə cinayəti unutmamağa çağırıb. 

Ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, qırğının baş verdiyi şəraitdən və amansızlığından danışıb. O, Xocalı soyqırımına dünya ictimaiyyətinin hüquqi və siyasi qiymət verməsinin vacibliyini vurğulayaraq, Xocalı həqiqətlərinin beynəlxalq auditoriyaya olduğu kimi çatdırılması, bu qətliamın xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılması üçün dövlətimizin bütün zəruri addımlar atdığını bildirib.

Səfir xalqımızın Xocalı soyqırımı təqsirkarlarının haqlı cəzalarına çatacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını qətiyyətlə söyləyib.

Anım mərasimi skripkaçı Nəzrin Rəşidovanın, klarnetçalan Səddam Novruzbəyovun,  "Chagall" kvartetinin ifalarında Azərbaycan və xarici ölkə bəstəkarların musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib. Məşhur fransız bəstəkarı Pier Tilluanın Xocalı soyqırımına həsr etdiyi məşhur "Xocalı 613" kompozisiyası mərasim iştirakçılarını dərindən təsirləndirib.

 

R.TAHİR,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında