Türkiyə Böyük Millət Məclisinin rəhbəri İsmayıl Qəhrəman: Xocalı qətliamını şiddətlə qınayırıq

Xocalı qətliamı ilə insanlıq faciəsinə yol açanlar tarix  və vicdanları önündə daim məhkum olacaqlar. Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin rəhbəri İsmayıl Qəhrəman Türkiyə parlamentində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş foto sərgidə çıxışı zamanı deyib. O,  Ermənistanın beynəlxalq hüquqa zidd olaraq, hələ də işğal altında saxladığı Dağlıq Qarabağda  Xocalıda gerçəkləşdirdiyi dəhşət dolu qətliamı və Azərbaycan torpaqlarının illərdir, davam edən işğalını şiddətlə qınadıqlarını bildirib.

O, bir daha Türkiyə və Azərbaycanın  “bir millət, iki dövlət” olduğunu vurğulayıb. “Biz birlik və bütövlük içərisindəyik. Ermənistan Dağlıq Qarabağ daxil olmaqla, işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal çəkilməlidir və etdiyi zülmlərin hesabını verməlidir. Bu sərgini Məclisimizdə təşkil etdik. Məqsədimiz acılarımızın və duyğularımızın ortaq olmasıdır. Tarix ibarət alan insanlara doğru yolu göstərir. Tarix bir dəniz fənəridir, tarixi yaxşı bilmək lazımdır.”—deyə Türkiyə parlamentinin rəhbəri İsmayıl Qəhrəman əlavə edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında