Özbəkistan mediası Xocalı qətliamından yazıb

Özbəkistanın Nargis.uz portalında  Xocalı soyqırımına həsr edilmiş məqalələr yayımlanıb. Özbək və rus dillərində olan “İnsanlıq tarixinə qara ləkə” və “Xocalı faciəsi: 26 il sonra” sərlövhəli məqalələr Xocalı faciəsinin törədilmə səbəbləri və ağır nəticələrindən bəhs edir. Məqalələrin müəllifi tanınmış jurnalist Nargiz Kasimova soyqırım zamanı amansızlıqla öldürülmüş, yaralanmış, itkin düşmüş insanlar  haqqında məlumat verib. Qeyd edilir ki, qırğında 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gün 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur.

Məqalələrdə soyqırımı törətmiş  366-cı motoatıcı alayın iştirakı haqqında geniş söhbət açılır.

Məqalədə  Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzinin məlumatlarına istinad edilərək qeyd edilir ki,  faciə törədildikdən sonra təkcə Ağdama Xocalıdan 200 cəsəd gətirilib. İnsanlar qətlə yetirildikdən sonra cəsədlərin üzərində təhqiramiz hərəkətlər edilib.

Məqalələrdə həmin günlərdə “Le Mond”, “İzvestiya”, “Vaşinqton post”, “Faynenşl tayms” və digər KİV-lərdə yayılan məqalələrdən və reportajlardan sitatlar gətirilir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında