Qazax rayon icra hakimiyyətinin başçısı: Heydər Əliyev Xocalı soyqırımını bütün dünyaya çatdırdı...

Rayonun idarə, müəssisə və təşkilatlarında Xocalı qurbanlarının xatirəsi anılmış, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında soyqırıma həsr edilmiş rəsm sərgisi təşkil olunmuş, inşa yazı müsabiqəsi keçirilmişdir. Yaşayış məntəqələrində Azərbaycanın dövlət bayraqları endirilmiş və rayon ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilmişdir.

Tədbirlər çərçivəsində Şəhidlər Xiyabanında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.         

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov və bura toplaşan rayon ictimaiyyəti nümayəndələri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri qoyaraq Vətən yolunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsini boyük ehtiramla yad etmişlər.

Sonra soyqırımın 26-cı ildönümünə həsr olunmuş "Şəhid şəhər" adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Tədbir iştirakçıları Gənclər Mərkəzində Xocalı soyqırımını özündə əks etdirən rəsm sərgisinə baxmışlar. Şəhər 1 saylı musiqi məktəbinin xor dərnəyinin ifasında Dövlət Himni səslənmişdir.       

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycan xalqının erməni millətçiləri tərəfindən zaman-zaman etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışmışdır. Rayon rəhbəri qeyd etmişdir ki, Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılmışdır.

Sonra Xocalı soyqırımını əks etdirən film nümayiş olunmuşdur.  

İcra hakimiyyəti aparatının baş məsləhətçisi Teybə Hüseynova, böyük məsləhətçi Gülnar Quliyeva, aparıcı məsləhətçi Müşviq Pirverdiyev, gənc rəssam Akif Əmirov, şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin rəhbəri Gülanə Hüseynova, BDU Qazax filialının I kurs tələbəsi Kamil Müvəssəqi çıxış edərək Xocalı soyqırımını Azərbaycan xalıqnın başına gətirilmiş ən dəhşətli faciə kimi qiymətləndirmişlər. 

Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında “Xocalı”, “Xocalını unutmadıq”, S.Vurğun adına şəhər 2 saylı tam orta məktəb şagirdlərinin ifasında “Vətən sevgisi” adlı kompozisiyalar, Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında isə Xocalı soyqırımına həsr olunmuş səhnəciklər nümayiş olunmuşdur. 

M.Hüseyn adına məktəb-liseyin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər oxumuş, şəhər 1 və 2 saylı Musiqi Məktəblərinin xor dərnəyi üzvlərinin ifasında “Sarı gəlin”, “Qalx ayağa Azərbaycan” və İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəb şagirdlərinin ifasında “İgid əsgər” mahnıları ifa olunmuşdur.

Saat 17:00-da rayonun bütün ərazisində, idarə, müəssisə və təşkilatlarda 1 dəqiqəlik sükut elan olunmuş, avtomobillərin hərəkəti dayandırılmış, səs siqnalları verilmişdir.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında