“Xocalıya ədalət!” kampaniyası davam edir

 

 

 “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlər qanlı soyqırımın törədildiyi 26 Fevral anım günündən sonra da xarici ölkələrdə davam etməkdədir. Belçikanın paytaxtı Brüsseldə təşkil olunmuş konfrans barədə Dünya Azərbaycanlıları Konqresinin  sədr müavini, Türkiyədə yaşayan həmyerlimiz Asif Qurban məlumat verərək bildirdi:

– Azərbaycanın Belçikadakı Səfirliyi, Dünya Azərbaycanlıları Konqresi və Belçika–Azərbaycan Dostluq Cəmiyyətinin Brüsseldə keçirdiyi “Qafqazda və bölgədə erməni problemi” mövzusunda elmi-praktik konfransın məramı belə idi: günlər, aylar, illər keçsə də Xocalı soyqırımı və ermənilərin törətdikləri digər qırğınlar heç vaxt unudulmamalı, bu xalqın təcavüzkar əməlləri dünyada hər bir vicdanlı insana məlum olmalıdır!

Məclis Belçikanın aparıcı təhsil ocaqlarından biri olan Brüssel Azad Universitetində keçirildi. Konfransda çıxış edən səfir Fuad İsgəndərov  Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi  olan Xocalı qətliamı haqqında söz açdı, bu qətliamı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt, bəşəri cinayət kmi qiymətləndirdi.

Qafqaz məsələləri üzrə mütəxəssis, belçikalı araşdırmaçı Mişel İvor 20 ildən artıq bir müddətdə davam edən erməni işğalı, onun Azərbaycan və bölgə üçün  ağır nəticələri barədə məruzə etdi. Türkiyənin Dokuz Eylül Universitetinin professoru Vəfa Qurban ermənilərin Osmanlı dövründən başlayaraq Türkiyədə törətdikləri cinayət və qətliamlar haqqında da söz açdı. Milli Məclisin deputatı Qənirə Paşayeva Qarabağla bağlı həqiqətlərin vətəndən uzaqda yaşayan gənc soydaşlarımıza çatdırılmasının vacib olduğunu söylədi. O, Xocalı qətliamının bütün türklərə qarşı nifrətdən qaynaqlanaraq şüurlu, məqsədli olaraq törədildiyini qeyd etdi. Millət vəkili bu həqiqətin dünyaya çatdırılmasında Azərbaycan və Türkiyə  diaspor təşkilatlarının əlbir fəaliyyət göstərməsinin əhəmiyyətini vurğuladı.

Asif Qurban sonda bildirdi ki, konfransda Avropada fəaliyyət göstərən Azərbaycan-Türkiyə diaspor qurumları, Belçikada təhsil alan tələbələr fəal iştirak etdilər. Qərara alındı ki, belə tədbirlərin keçirilməsi davamlı olmalıdır. Bu yolla Avropada Qarabağ münaqişəsi barədə həqiqəti  elmi və siyasi müstəviyə çıxarmaq mümkündür. Belə müzakirələrin Avropanın mərkəzində keçirilməsi çox önəmlidir, dünyada  bizə qarşı formalaşmış ikili standart və düşüncələrin dağılmasına  kömək edə bilər.

Namiq QƏDİMOĞLU,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında