Xocalı şəhidləri ehtiramla anıldı

 

 

 

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və “Azalternativenerji” MMC-nin kollektivləri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoymuşlar.

Sonra Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan enerji Mənbələri üzrə Dövlət Agentliyində Xocalı soyqırımı qurbanlarını anma mərasimi keçirilmişdir. Tədbirdə agentliyin aparat rəhbəri İmran Əhmədov  çıxış edərək bildirmişdir ki, XX əsrin ən dəhşətli qətliamlarından sayılan Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayət aktıdır. Erməni qaniçənlərinin və havadarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədikləri vəhşilklərin əsl mahiyyətini xalqdan gizlətməyə çalışan o zamankı ölkə rəhbərliyinin naşı siyasətinin  haqlı narazılığa səbəb olduğunu diqqətə çatdıran natiq qeyd etmişdir ki, yalnız ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə əsl siyasi-hüquqi qiymət verilmiş, soyqırımı aktının günahkarlarının ifşa olunması istiqamətində əməli fəaliyyətə başlanmışdır. Qeyd olunmuşdur ki, hazırda işğal altında olan torpaqlarımızın sülh və danışıqlar yolu ilə qaytarılmasına səy göstərən Prezident İlham Əliyev erməni təcavüzü nəticəsində ev-eşiklərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərə, o cümlədən Xocalı sakinlərinə xüsusi diqqət və qayğı göstərir. Belə bir əminlik ifadə olunmuşdur ki, Azərbaycanın dövlət başçısının gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində ədalət bərpa olunacaq, düşmən tapdağında olan torpaqlarımız gec-tez azad oluncaq və Xocalı soyqırımının əsl günahkarları layiqli cəzalarına çatacaqlar.

M. YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında