Niderlanddakı Azərbaycan diasporu parlamentə petisiya göndərmişdir

 

 

Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və digər diaspor təşkilatları Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Niderland Parlamentinin Xarici İşlər üzrə Komissiyasının rəhbəri xanım A. Eijsink və komissiyanın digər üzvlərinə petisiya ilə müraciət etmişlər. Dünya ölkələrini və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırımı aktı kimi tanımağa çağıran müraciətdə Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad olunması tələb edilir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin saytında məlumat verilmişdir.

Müraciətdə deyilir ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət insan haqları və azadlıqlarının  kütləvi şəkildə pozulmasının nəticəsidir. 1992-ci ildə törədilmiş Xocalı qətliamı son 200 il ərzində erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və genosid siyasətinin bir nümunəsi olsa da, təəssüf ki, Ermənistan Respublikası törətdiyi bu cinayətlərə görə beynəlxalq təşkilatlar tərəfindən heç bir məsuliyyətə cəlb edilməmişdir. Azərbaycanın işğal olunmuş əraziləri idarəolunmaz hala gətirilmişdir. Ermənistan insan haqlarının iri miqyasda pozulmasına yol verir.

Müraciətdə daha sonra Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 200 mindən artıq azərbaycanlının öldürülməsi, 50 mindən çox insanın yaralanması, minlərlə azərbaycanlının əsir və girov götürülməsi, bir milyon azərbaycanlının öz ölkəsində məcburi köçkünə çevrilməsi və bütün bunların kulminasiyası olaraq 22 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının rus hərbi birləşmələri ilə birgə Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi qətliam haqqında təfərrüatlı məlumat  verilir. Bir gecədə 613 nəfərin görünməmiş işgəncələrlə öldürülməsi, onların arasında qadın, uşaq, qocaların olması, yüzlərlə insanın əsir götürülməsi və itkin düşməsi müraciətdə öz əksini tapmışdır.

Petisiyada qeyd olunur ki, beynəlxalq hüquqa görə genosid sülhə və insanlığa qarşı törədilən cinayətdir: “Xocalı qətliamı öncədən planlaşdırıldığı və insanların etnik mənsubiyyətinə görə məhv edilməsinə yönəldiyi  üçün bir daha təsdiq edir ki, bu cinayətlər beynəlxalq və milli hüquq  normalarına əsasən soyqırımı aktıdır. Ermənistan separatçıları tərəfindən törədilmiş vandalizm və zorakılıq cinayətləri genosid kimi qəbul edilməlidir”.

Petisiya Niderland Parlamenti ilə yanaşı, BMT-nin Baş katibi və onun uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, ATƏT-in üzvü olan ölkələrə, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlara göndərilmişdir.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında