Suraxanıda Xocalı faciəsinin 22-ci ildönümü geniş qeyd edilir

 

 

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə və müəssisələrdə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də rayondakı  Heydər Əliyev Mərkəzində təşkil edilmişdir. “XX əsrin faciəsi - Xocalı soyqırımı” adlı mərasimdə ictimaiyyətin nümayəndələri, rayonda məskunlaşan xocalılılar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin adını daşıyan   parkda ucalan  abidəsinin önünə tər güllər qoymuş, sonra mərkəzin birinci mərtəbəsində “Xocalı faciəsi uşaqların gözü ilə” sərgisinə baxmışlar. Burada, eyni zamanda, məktəblilər arasında Xocalı soyqırımına həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri haqqında da məlumat verilmişdir.

Daha sonra tədbir iştirakçıları Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmış filmə baxmışlar.

Tədbir  mərkəzin elektron lektoriya zalında davam etmişdir. Əvvəlcə Xocalı faciəsinin, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İcra hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında  Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi  qayğını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

İ. Abbasov qeyd etmişdir ki, Xocalı qətliamı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Həmin vaxt  Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətmişlər.

Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı.

Natiq bildirmişdir ki, Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.

Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca təqdirəlayiqdir. Bu  kampaniya İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən kampaniya yüksək templə davam edir və aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşulub. Xocalı faciəsi beynəlxalq təşkilatlar tərəfindən tanınır, “Xocalıya ədalət” çağırışı artıq beynəlxalq tələbə çevrilir.

Tədbirdə Xocalı sakini Qədim Abbasov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 275 nömrəli tam orta məktəbin direktoru Elmira İsmayılova çıxış etmişlər.

Sonda tədbir iştirakçıları 275 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxmışlar.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında