Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir

 

 

Fevralın 22-də Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Xocalıya ədalət! - Xocalı faciəsini anaraq” mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə çıxış edərək Xocalı soyqırımı barədə danışmışdır. O, bildirmişdir ki, bəşər tarixinə öz vəhşiliyinə və qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının törədilməsindən artıq 22 il ötür.

Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı apardıqları müharibənin tərkib hissəsi olduğunu deyən Fəttah Heydərov vurğulamışdır ki, bu faciə ağırlığı, dəhşəti ilə digər cinayətlərdən fərqlənir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə ermənilər tərəfindən həyata keçirilən Xocalı qırğını bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayətdir. Amma Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilməmiş, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər görülməmişdir.

Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olunmuşdur. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görülmüşdür.

Ermənilərin Xocalı da daxil olmaqla Dağlıq Qarabağ münaqişəsində törətdikləri cinayətlərin məsuliyyətini boyunlarından atdığını deyən F.Heydərov qeyd etmişdir ki, gənclər, xüsusilə yetişməkdə olan nəsil arasında Azərbaycanın yaxın tarixi keçmişində xalqımıza qarşı törədilmiş bu gün soyqırımı aktlarının əsl səbəbləri barədə geniş izahat işləri aparmaq lazımdır. Bu istiqamətdə ağsaqqalların üzərinə çox böyük vəzifə düşür.

Azərbaycan Ağsaqqallar Şurası idarə heyətinin üzvü Zahid Qaralov vurğulamışdır ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

Zahid Qaralov demişdir ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.

Azərbaycan dövlətinin bütün sülhsevər addımları, təşəbbüsləri, xüsusilə son illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasına yönəlmişdir.

Digər çıxış edən ağsaqqallar da faciənin dəhşətlərindən söz açmış, Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymət verilməsinin və günahkarların cəzalandırılmasının vacibliyini vurğulamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında