Kaliforniya telekanallarında Xocalı həqiqətlərinə dair veriliş nümayiş etdirilir

 

 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Kaliforniyada fəaliyyət göstərən Amerikada Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə fevralın 22-də Kaliforniyanın Palo Alto şəhərində yerləşən ictimai televiziyanın studiyasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş televiziya verilişinin çəkilişi aparılmışdır.

APA-nın məlumatına görə, veriliş fevralın 26-dan başlayaraq bir ay ərzində Palo Alto, Stanford, Menlo Park, Atherton və digər şəhərlərin ictimai televiziya kanallarında nümayiş etdiriləcək və 500 mindən çox tamaşaçı tərəfindən izlənəcək.

Verilişi Amerikada Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəallarından olan Zərifə Musayeva açaraq, Xocalı soyqırımını anma gününün önəmindən bəhs edib və bu faciədə qətlə yetirilmiş günahsız soydaşlarımızın xatirəsinin heç bir zaman unudulmadığını bildirib. Z. Musayeva Xocalı həqiqətlərinin ABŞ-da yayılması sahəsində son illərdə mühüm nailiyyətlərin əldə olunduğunu və bu kimi televiziya verilişlərinin soyqırımı haqda amerikalıların məlumatlandırılması baxımından önəmli olduğunu qeyd edib.

Montana Universitetinin professoru, Xocalı soyqırımı baş verərkən bu barədə ABŞ KİV-lərində, o cümlədən Washington Post qəzetində məqalələr dərc etdirmiş Tomas Qolts  çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərini qanunsuz şəkildə işğal etməsi, yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salması barədə ətraflı məlumat vermiş, 21-ci əsrdə belə bir haqsızlıq və ədalətsizliyin hələ də davam etməsinin tamamilə qeyri-məqbul olduğunu bildirmişdir. Natiq bu qətliamın necə baş verməsi, kimlər tərəfindən törədilməsi barədə tamaşaçıları ətraflı məlumatlandırmışdır. Soyqırımı baş verən günlərdə Qarabağda olduğunu və amansızcasına qətlə yetirilmiş günahsız insanların cəsədlərini öz gözləri ilə gördüyünü qeyd edən T.Qolts bu görüntüləri heç zaman unuda bilməyəcəyini bildirmiş və belə bir vəhşi cinayəti törətmiş şəxslərin hələ də azadlıqda gəzməsini, hətta Ermənistan hakimiyyətində yüksək vəzifələr tutmasının ağlasığmaz olduğunu söyləmişdir.

Verilişdə Xocalı soyqırımı haqqında T.Qolts tərəfindən çəkilmiş, 1992-ci ilin fevral-mart aylarında soyqırımı barədə müxtəlif beynəlxalq KİV-lər üçün reportajlar hazırlamış amerikalı və avropalı jurnalist və ekspertlərdən götürülmüş müsahibələrə əsaslanan yeni sənədli filmdən parçalar nümayiş etdirilmişdir. T.Qolts studiyada olan tamaşaçıların çoxsaylı suallarını cavablandırmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında