Xocalı soyqırımının 21-ci ildönümü Qazax rayonunda da anılmışdır

 

 

Qazax Rayon İcra hakimiyyətində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov erməni cəlladları tərəfindən  başımıza gələn facilələrlə bağlı geniş məlumat verdi. Qeyd olundu ki, erməni qəsbkarlarının  xalqımıza qarşı düşmənçiliyinin 200 illik tarixi vardır və onlar tarixin müxtəlif məqamlarında Bakıda,Şamaxıda, Qubada, Qarabağ torpağında və digər yerlərdə soyqırımı həyata keçirmişlər. Xocalı soyqırımı da həmin hadisələrin ən dəhşətlisi olmaqla təkcə Azərbaycanın deyil, bütün dünyanın tarixinə insanlıq əleyhinə törədilmiş ağır cinayət kimi daxil olmuşdur.  

Xocalının soyqırımına məruz qalması tarixi həqiqətdir və danılmazdır.

Xocalı faciəsinin dünyada tanınması üçün ilk təşəbbüs ulu öndər Heydər Əliyev tərəfindən göstərilmişdir.  Sonrakı illərdə isə Prezident İlham Əliyevin, ölkəmizin xaricdəki diplomatik korpuslarının, Azərbaycan diasporasının və digər  təşkilatların fəaliyyəti nəticəsində  bir çox dövlətlərin parlamentləri həmin qətliamı soyqırımı kimi tanıyaraq  pisləmişdir.

Çıxış edənlər Xocalı soyqırımı ilə bağlı fikir və mülahizərələrini söylədilər və ölkə Prezidenti İlham Əliyev tərəfindən bu soyqırımın bütün dünya dövlətləri tərəfindən tanınması üçün görülmüş işlərdən danışdılar.

Tədbirin sonunda  Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında