İndoneziya parlamentinin sədri Xocalı soyqırımının tanınmasına dair müraciətə imza atmışdır

 

 

İndoneziya Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir. Azərbaycanın İndoneziyadakı səfirliyindən APA–ya verilən məlumata görə, tədbir dünyanın ən böyük qeyri-hökumət təşkilatı olan “Nahdlatul Ulama”  (NU) və İndoneziya Universitetinin birgə təşkilatçılığı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) iştirakı ilə keçirilmişdir.

 Tədbirin əsas məqsədi Xocalı soyqırımının anım mərasimi olmaqla yanaşı, ötən il Palembang şəhərində İƏT Parlamentlər İttifaqının toplantısında qəbul olunmuş  üzv ölkələrin parlamentlərini Xocalı soyqırımını tanımağa çağıran qətnamənin tətbiqinə dəstək vermək olmuşdur.

 Konfransda çıxış edən İndoneziya parlamentinin sədri Marzuki Əli açıq və birmənalı şəkildə Dağlıq Qarabağın məhz Azərbaycan ərazisi olduğunu və Ermənistan tərəfindən işğala uğradığını, habelə Azərbaycan torpaqlarının işğalı əsnasında Xocalıda azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı törədildiyini qeyd etmişdir.

 İndoneziya parlamenti tərəfindən Xocalı soyqırımının tanınmasına dair müraciətə ilk olaraq parlamentin sədri Marzuki Əli imza atmışdır. Müraciət İndoneziya prezidenti Yudhoyonoya da göndəriləcək. Müraciəti imzalayanların siyahısında “Nahdlatul Ulama”nın sədri professor Səid Aqil Sirac və digərləri də var.

 Müraciəti çoxsaylı nüfuzlu şəxslərlə yanaşı müxtəlif partiyaları  təmsil edən 30-dan artıq parlament üzvü imzalamışdır. Müraciətə imza atmış parlament üzvlərinin sayının mart ayının sonuna qədər yüz nəfərə çatdırılması və müraciətin müvafiq yüksək ünvanlara təqdim olunması nəzərdə tutulur.

Tədbirdə İndoneziya parlamentinin nümayəndələri, ictimai xadimlər, müxtəlif din və elm xadimləri, universitetin professorları, Azərbaycan diasporunun nümayəndələri, müəllim və tələbə heyətləri, həmçinin İndoneziyada fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin səfirləri və digər nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında