Cənub bölgəsində anım tədbirləri

 

 

Lənkəran

Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Lənkəranda silsilə tədbirlər keçirilib.

Fevralın 26-da icra hakimiyyəti başçısı aparatının, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, geniş ictimaiyyət, tələbələr, məktəblilər şəhərin mərkəzində azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gələrək, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər.

Əvvəlcə icra hakimiyyətinin başçısı Taleh Qaraşov abidənin önünə əklil qoydu, şəhidlərin ruhu qarşısında baş əydi. Sonra ümumxalq ziyarəti başlandı.

Həmin gün Lənkəran Dövlət Universitetində, rayonun bütün orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edildi. Müxtəlif idarə, müəssisə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri, sərgilər keçirildi, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Masallı

Masallı Rayon İcra Hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda bir sıra tədbirlər həyata keçirilib.

Tədbirlərin yekunu olaraq fevralın 26-da Masallı şəhərindəki “Qəhrəmanlar parkı”nda soyqırımı qurbanlarının anım mərasimi oldu.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər 26 fevral soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirildiyi abidənin önünə təzə tər gül dəstələri düzdülər. Faciə qurbanlarının ruhuna dualar oxundu.

Sonra Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət evinin xalq teatrı üzvlərinin ifasında əbədi-bədii kompozisiya təqdim edildi. Minlərlə rayon sakini gün ərzində kütləvi şəkildə şəhidlərin abidəsini ziyarət etdi. Şəhidlərin xatirəsi dərin ehtiramla yad olundu

Astara

Ölkəmizin cənub qapısı sayılan Astarada da Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilmişdir.

Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ayrı-ayrı kollektivlər Xocalı şəhidlərinin xatirəsini ehtiramla yad etdilər. Abidə önünə gül dəstələri düzüldü. Şəhidlərin ruhuna dualar oxundu. Minlərlə şəhər sakini Xocalı qətliamı qurbanlarının ölməz xatirəsi önündə baş əydi.

Astara Pedaqoji Kollecində də faciənin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Kollecin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim Əlihəsən Həmzəyev qeyd etdi ki, burada yaradılmış təşkilat komitəsinin tədbirlər planına əsasən tələbələr arasında Xocalı mövzusunda rəsm sərgisi və inşa müsabiqəsi, kollecin kitabxanasında soyqırımla bağlı anım tədbiri keçirilmiş, fevralın 26-da ilk dərs saatları Xocalı soyqırımına həsr edilmişdir.

Kollecin müəllimi Zamik Mahmudov “Xocalı faciəsini unutmaq olmaz” mövzusunda məruzə etdi. Digər müəllimlər və tələbələr öz çıxışlarında bildirdilər ki, Xocalı soyqırımı və erməni vandallarının törətdikləri vəhşiliklər yaddaşlardan heç vaxt silinməyəcək.

Ə.ƏLİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında