Xocalı faciəsi Meksikada anıldı

Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, Xocalı soyqırımının 21-ci ildönümü  il bağlı tədbir “Xocalıya Ədalət” beynəlxalq kampaniya çərçivəsində keçirilmişdi. Tədbirdə  Türkiyə və Gürcüstanın Meksikadakı səfirləri, habelə Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin üzvləri, orada yaşayan həmvətənlərimiz və yerli sakinləri iştirak etmişdir.

Mərasimdə çıxış  edən səfir İ.Muxtarov  bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Xocalıda baş vermiş faciə insanlıq tarixində törədilmiş ən dəhşətli faciələrdən biri olmuşdur. Xocalı soyqırımı haqqında ətraflı məlumat verən səfir bu işdə  məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında  hələ də cəzasız qaldığını diqqətə çatdırmışdır. Səfir onu da vurğulamışdır  ki, hazırda beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş cinayətlərin tanınması prosesinin genişlənməsi ədalətin bir gün bərqərar olacağına böyük ümidlər yaradır.

 Natiq çıxışının sonunda Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla xatirəsinin yad edilməsini xahiş etmişdir.

Tədbirdə  XVII əsrə məxsus Konsepsion Santisima kilsəsinin baş keşişi Eduardo Lozano Xuarez çıxış edərək bildirmişdir ki, sülhün əleyhinə olan təcavüzləri və insanların ölümü ilə nəticələnən bütün cinayətləri pisləyərək , Xocalıda baş vermiş soyqırımının da məhz belə bir təcavüzkarlığın nəticəsi olduğunu nəzərə çatdırmışdır.

“Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən nəşr edilmiş ispan dilində broşürlar, jurnallar, “Xocalı soyqırımı” adlı sənədli filmlər, “Xocalıya Ədalət” yazılı köynəklər və matəm döş nişanları iştirakçılar arasında paylanmışdır.

Mərasim Mexiko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidənin yerləşdiyi Tlakskoake-Xocalı Meydanında   Meksika ştatının simfonik orkestrinin anım konserti ilə tədbir davam etmişdir.

Daha sonra xalqımızın dahi bəstəkarı Qara Qarayevin kompozisiyaları ifa edilmişdir.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinin rəmzi kimi havaya tədbir iştirakçıları tərəfindən “Xocalıya Ədalət” yazılı şarlar buraxılmışdır.

Ülviyyə VAHİDQIZI
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında