“Azərsu” ASC-də Xocalı faciəsinin qurbanları anılmışdır

 

 

Dünən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 Mərasimdə çıxış edən “Azərsu” ASC sədrinin müavini Mirkamil Seyidov Azərbaycan xalqının tarixində qanlı səhifələrdən biri olan Xocalı faciəsinin bəşəriyyət tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşdüyünü qeyd etmişdir. M. Seyidov faciənin tarixinə nəzər salaraq bildirmişdir ki, 21 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş, bəşəriyyətin ən böyük faciələrindən birini–Xocalı faciəsini törətmişdir. Bu hərbi təcavüz zamanı  Xocalı şəhəri yerlə-yeksan edilmiş, dinc sakinlərə  amansızcasına divan tutulmuşdur. Hərbi təcavüz nəticəsində  613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, cəsədləri üzərində təhqiredici hərəkətlərə yol verilmişdir:  Həmin kütləvi qırğın həyata keçirilərkən səkkiz ailənin bütün üzvləri öldürülmüş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən mərhum edilmiş,   487 dinc sakin ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi hələ də məlum deyil.

Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədli  çıxış edərək bildirmişdir ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı misli görünməmiş kütləvi və amansız qırğın aktı, dövlət müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı yönəlmiş irimiqyaslı cinayət idi. O vaxtlar Zaqafqaziya hərbi əks-kəşfiyyat bölməsinin rəisi işləmiş Vladimir Solovyov xatirələrində həmin hadisələr zamanı dinc sakinlərə qarşı xüsusi amansızlıq göstərildiyini, hətta qadınlara, uşaqlara və  qocalara rəhm edilmədiyini etiraf etmişdir. Tarixçi alim qətliamın Sovet ordusunun 366-cı motoatıcı alayı ilə yanaşı, xaricdən cəlb olunmuş xüsusi təyinatlı terrorçu qruplaşmaların iştirakı ilə törədildiyini diqqətə çatdırmışdır.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov faciə ilə bağlı konkret faktlara toxunaraq soyqırımı qurbanlarının fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişdir.

 

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında