Səbaillilər Xocalı qurbanlarını yad etdilər

 

 

Səbail Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində Xocalı faciəsi mövzusunda sərgilər və müxtəlif tədbirlər keçirilir. Mədəniyyət müəssisələrində soyqırımın ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər  təşkil olunmuşdur.

Fevralın 25-də rayonun orta və ali məktəblərində  ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, ali məktəblərdə anım tədbirləri keçirilmişdir. Dövlət Gənc Tamaşaçılar Teatrında “Əcəl atı” tamaşasına, Badamdar Mədəniyyət evində isə Aygün Həsənoğlunun “Adsız qadın” romanı əsasında kompozisiyaya ictimai baxış təşkil olunmuşdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin “Şəhidlər Xiyabanı”ndakı qərargahında  Xocalı şəhərindən köçkün düşərək Səbail rayonunda məskunlaşmış 22 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün aparılan və görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya xalqlarına çatdırılması məqsədi ilə genişmiqyaslı işlərə başlanmışdır. Mərasimdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminlik ifadə olunmuş, lazım gələrsə olkə başçısı, Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyi bildirilmişdir.

Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nadir Rəşadov və başqaları  ölkə rəhbərliyinin Xocalı köçkünlərinə göstərdiyi  diqqət və qayğıya, soyqırımın dünyada tanıdılması üçün gördüyü  işlərə görə razılıqlarını ifadə etmişlər.

Sonda Səbail ərazisində məskunlaşmış Xocalı köçkünlərinə maddi və ərzaq yardımları təqdim olunmuşdur.

R.TAHİR,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında