Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Almaniyadan və Ukraynadan ABŞ Prezidentinə və BMT-nin baş katibinə birgə müraciət göndərilmişdir

 

 

Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri, həmyerlimiz Tengis Sade Baron zu Romkerhall Ukraynaya səfəri çərçivəsində Kiyev şəhərində fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyətinin rəhbəri Xəqani Hüseynovla, mədəniyyət departamentinin rəhbəri Qurban Abbasovla və Ukrayna diaspor təşkilatının rəhbəri Hikmət Cavadovla görüşmüşdür.

Görüşdə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar ABŞ Prezidenti Barak Obamaya və BMT-nin baş katibi Pan Gi Muna müraciət qəbul olunmuşdur.

Müraciətdə bildirilir ki, beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı kimi tanımalı, ikili standartlara yol vermədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllinə yönəlmiş səyləri daha da artırmalı, Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir.

Qeyd edilir ki, işğalçı Ermənistan dövləti ərazi iddialarından əl çəkərək münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, pozulmuş hüquqları bərpa edilməklə qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar.

Müraciəti Ukrayna diaspor təşkilatının rəhbəri Hikmət Cavadov, Mədəniyyət Departamentinin rəhbəri Qurban Abbasov, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə İsmayılova-Patser, Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyətinin rəhbəri Xəqani Hüseynov və Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri Tengis Sade Baron zu Romkerhall imzalamışlar.

Vüqar SEYİDOV
AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında