Xocalı soyqırımı ilə bağlı petisiyaya səs verin!

 

 

Xəbər verdiyimiz kimi, Amerikada yaşayan azərbaycanlılar Xocalı soyqırımının tanınması məqsədi ilə Ağ Evin rəsmi veb-səhifəsində petisiya yerləşdirmişlər. Ağ Evin rəsmi səhifəsində “Biz xalqıq” (We the People) bölməsində yerləşdirilmiş petisiyanın məqsədi faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı qurbanlarını anmaq və eyni zamanda,  ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsinə nail olmaqdır. Petisiyanın Ağ Evdə müzakirəyə çıxarılması üçün fevralın 25-dək ən azı 100 min imza toplanmalıdır.

Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov fevralın 8-də keçirdiyi mətbuat konfransında demişdir ki, artıq 40 mindən çox insan Xocalı soyqırımının Ağ Evdə müzakirəyə çıxarılmasını dəstəkləmişdir.

R.Məmmədov bildirmişdir ki, hər şəxs yalnız bir İP ünvanından səs verə bilər. İstifadəçi bir neçə dəfə hesab yaratmağa və imza atmağa cəhd göstərdikdə həmin İP ünvanının istifadəçisinə məhdudiyyət qoyulacaqdır.   

Diqqətə çatdırılmışdır ki, Ağ Evin veb-səhifəsində yerləşdirilmiş petisiyaya diqqəti artırmaq üçün 2 videoçarx hazırlanmışdır. Çarxların birində imzalanma prosedurunun səsli izahı, digərində isə Xocalı soyqırımı nəticəsində əzizlərini itirmiş qadının səssiz müraciəti yer almışdır. Bundan əlavə, fevralın 9-dan başlayaraq yeni materiallardan da istifadə olunacaqdır. Şəhərin müxtəlif yerlərində insanlara sadə dildə hazırlanmış bukletlər paylanacaq, planşetlər vasitəsilə internetə çıxışı olmayan insanların səsvermə hüququ təmin ediləcəkdir.

R.Məmmədov gənclər təşkilatlarına müraciət edərək onları  petisiyaya təyin olunan vaxta qədər səs verməyə dəvət etmişdir. O, eyni zamanda demişdir ki, petisiyaya səsvermə ilə bağlı təkcə Azərbaycanda deyil, azərbaycanlılarının olduğu bir çox ölkələrdə o cümlədən Rusiya, Türkiyə, Meksika, Malayziya, İsveç, Gürcüstan, Norveç və s. ölkələrdə də təbliğat işləri aparılır.

Qeyd edək ki, Xocalı qətliamının tanınması məqsədi ilə Ağ Evin rəsmi veb-səhifəsində yerləşdirilmiş petisiyanı bu günədək 43 459 nəfər imzalamışdır. Fevralın 25-dək bu rəqəm 100 000 olmalıdır, yəni daha 56 541 imzaya ehtiyac vardır.

R.Məmmədov onu da bildirmişdir ki, Ağ Evin rəsmi veb- səhifəsində Prezident Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ probleminə və Ermənistanın işğalçılıq siyasətinə yönəltmək məqsədi ilə yanvarın 23-də başqa bir petisiya da yerləşdirilmişdir. Dünya Azərbaycanlı Gənclər Birliyi bu petisiya üçün də tələb olunan sayda imza toplanmasına səylərini əsirgəməyəcəkdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında