Xocalı sakininin səssiz müraciəti

 

 

Məlum olduğu kimi, Xocalı soyqırımının  tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində petisiya yerləşdirilmişdir. Ağ Evin rəsmi səhifəsində yer alan “Biz xalqıq” (We are the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.

Cari il yanvarın 25-dən ərizə üçün səsvermələr açıq elan olunmuş və elektron imza toplamaq üçün “Biz xalqıq” kampaniyası çərçivəsində səsvermə başlamışdır.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) rəsmi saytında Xocalı sakini Həmail Xəlilovanın səssiz müraciəti yerləşdirilmişdir. Müraciəti ilə bu qadın insanları Xocalı soyqırımına dair Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyanı imzalamağa çağırır. Xocalı faciəsi ilə bağlı dəhşətli görüntülərlə müşayiət olunan bu qadının müraciətində deyilir: “O vaxt mənim beş yaşım var idi. Mən anamı, atamı, bacımı - bütün ailəmi Xocalıda itirmişəmE İndi mənim ailəm Sizsiniz - bütün sülhsevər insanlar!”

Ailəsini Xocalı soyqırımı nəticəsində itirmiş Həmail Xəlilovanın müraciəti “Mənə dəstək olun - bu petisiyaya Siz də səs verin!” sözləri ilə bitir.

AzərTAc da bu Xocalı sakininin səsinə səs verməyə və daha fəal olmağa, petisiyanı imzalamağa çağırır.

Qeyd edək ki, petisiyanın müzakirəyə çıxarılması üçün ona 2013-cü il fevralın 25-dək 100 min adamın səs verməsi lazımdır. ABŞ administrasiyasının petisiyaya baxması üçün 100 min imza lazımdır.

Petisiyaya səs vermək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx?utm_source=wh.gov&utm_medium=shorturl&utm_campaign=shorturl

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında