Xocalı faciəsi növbəti dəfə beynəlxalq səviyyədə soyqırımı kimi tanınmışdır

 

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlamentlər İttifaqının (İƏT Pİ) Sudanın paytaxtı Xartum şəhərində keçirilən 8-ci sessiyası öz işini başa çatdırmışdır.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-

İKGF) İstanbulda yerləşən Baş Qərargahından APA-ya verilən məlumata görə, DƏ-İKGF tərəfindən təqdim olunan layihə əsasında “İƏT Pİ və DƏ-İKGF arasında əməkdaşlıq” başlığı altında qəbul olunmuş qətnamənin “Xocalıya ədalət” kampaniyasına həsr edilmiş paraqrafında İƏT-ə üzv 51 ölkənin parlamentlərini öz sıralarında birləşdirən İƏT Pİ Xocalı faciəsini erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım aktı kimi tanımış və faciəni insanlığa qarşı törədilən cinayət adlandırmışdır.

Faciəni törədənlərin hüquqi məsuliyyətə cəlb olunmasını tələb edən İƏT Pİ, həmçinin DƏ-İKGF Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasının vacibliyini qeyd edərək, İƏT Pİ-yə üzv parlamentlərdə hadisəyə müvafiq hüquqi və siyasi qiymətin verilməsi və kampaniyaya dəstək göstərilməsi barədə çağırış etmişdir.

Qeyd olunmuşdur ki, sənəd üzv parlamentlərin sədrlərinin və millət vəkillərinin iştirakı ilə yekdilliklə qəbul edilmişdir. Xatırladaq ki, daha öncə, 2012-ci ilin noyabr ayında Cibutidə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında DƏ-İKGF-nin irəli sürdüyü qətnamə əsasında 57 İƏT üzvü ölkənin xarici işlər nazirləri Xocalı faciəsini soyqırımı aktı kimi tanıyaraq bu faciəni insanlığa qarşı törədilmiş cinayət adlandırmışlar.

Qətnamədə, həmçinin, DƏ-İKGF tərəfindən həyata keçirilən beynəlxalq “İƏT Modeli” proqramına dəstək ifadə edilmiş,  proqram çərçivəsində Milli Gənc Parlamentlər Modeli üzrə iki qurum arasında əməkdaşlığın vacibliyi qeyd olunmuşdur.

Təşkilat İƏT-ə üzv olan 51 ölkənin parlamentlərini özündə birləşdirir və müvafiq olaraq Afrika, Asiya və Ərəb regionunda iki ildə bir dəfə parlament sədrlərinin və millət vəkillərinin iştirakı ilə öz sessiyasını keçirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında