Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb

Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayevin sechki-2018.az saytına müsahibəsi

– Tahir müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkilərə ciddi hazırlıq işləri gedir. Seçki prosesini, hazırlıq işlərini necə dəyərləndirirsiniz?

– Hər bir ölkədə keçirilən seçkilər həmin ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Prezident seçkiləri isə ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda seçkilərə hazırlıq işləri öz axarı ilə gedir. Ölkədə sabitlik hökm sürür ki, bu da şəffaf seçkilərin keçirilməsi üçün əsas şərtlərdəndir. Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Şəffaflığın, demokratikliyin təmini istiqamətində lazımi işlər aparılır. Azərbaycan hər zaman seçkilərin demokratik şəraitdə keçirilməsinə çalışıb. Ölkəmizdə keçirilən seçkiləri izləyən nüfuzlu beynəlxalq təşkilatların missiyaları da hesabatlarında seçkilərin nəticələrinin xalqımızın iradəsini əks etdirdiyini vurğulayıblar, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi ilə bağlı rəy veriblər.

Seçkillərlə bağlı maarifləndirmə işləri aparılır ki, bu da çox önəmli məqamdır. Həmçinin seçki məntəqələrində veb-kameraların quraşdırılması da şəffaf və demokratik seçkilərin keçirilməsi istiqamətində atılan addımdır.

– Azərbaycanın seçki təcrübəsini necə qiymətləndirirsiniz?

– 1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilən bütün seçkilər demokratik prinsiplərə uyğun təşkil olunub. Bu illər ərzində ölkədə seçki sisteminin təkmilləşdirilməsi üçün mühüm tədbirlər həyata keçirilib. Əlbəttə, hər hansı xoşagəlməz məqamlar qeydə alınıb. Ancaq bu məqamların aradan qaldırılması istiqamətində dərhal addımlar atılıb. Həmçinin seçki prosesində müasir texnologiyaların tətbiqi də müsbət məqam kimi dəyərləndirilməlidir. Bu gün ölkəmizin təkmilləşdirilmiş Seçki Məcəlləsi mövcuddur. Eyni zamanda, MSK-nın nümayəndələri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının üzvləri, Milli Məclisin deputatları vaxtaşırı olaraq xarici ölkələrdə keçirilən seçkilərdə müşahidələr aparırlar. Seçki prosesini izləyir, hansı standartlara uyğun keçirildiyinə diqqət yetirirlər. Metodiki vasitələrin seçkidə təbliğini öyrənirlər və müəyyən təcrübə qazanırlar. Sözsüz ki, bunun yaxşı tərəfləri də Azərbaycanda keçirilən seçkilərdə tətbiq edilir.

Yəni, bu gün Azərbaycanın seçki təcrübəsi ona şəffaf, demokratik və ədalətli seçkilər keçirməyə imkan verir. Görülən işlər, qazanılan təcrübə, mövcud qanunvericilik deməyə əsas verir ki, Azərbaycanda seçkilər demokratik, şəffaf keçiriləcək və səsvermənin nəticəsi xalqın iradəsini ifadə edəcək.

Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında