Təhsil işçiləri seçki gününü səbirsizliklə gözləyirlər

Ötən hər gün bizi prezident seçkilərinə yaxınlaşdırır. Hüquqi, demokratik, dünyəvi inkişaf yolunu seçmiş Azərbaycanın da qarşısında duran əsas vəzifə şəffaf, ədalətli, azad seçkilər keçirmək və seçicilərin bu proseslərdə tam iştirakına nail olmaqdır. Qarşıdakı prezident seçkiləri ölkəmiz üçün böyük önəm daşıyan çox mühüm siyasi hadisədir.

Azərbaycanda demokratik seçkilər keçirməyin zəngin təcrübəsi yaranıb. Bunu beynəlxalq təşkilatlar da təsdiqləyirlər. Bu seçkilərə də xalqımız ruh yüksəkliyi ilə gedir. Mən təhsil işçisiyəm, Bu kateqoriyadan olan insanlar arasında oluram. Onlar bu seçkilərə artıq hazırdır və inanırlar ki, xalqımız öz ənənələrinə sadiq qalaraq, düzgün seçim edəcək.

Bu əminliyi ölkəmizdə təhsilə göstərilən qayğı və diqqət yaratmışdır. Son illərdə ölkəmizdə təhsillə bağlı 20-dən çox dövlət proqramı qəbul olunmuşdur. Ulu öndərin müəllifi olduğu təhsil islahatı son dövrlər sürətlə davam etmişdir. Məktəblərimizə informasiya texnologiyaları gətirilmiş, 3 mindən artıq yeni məktəb binası tikilmiş, onların maddi- texniki bazası möhkəmləndirilmiş, təhsilin keyfiyyəti yüksəlmişdir.

Ali təhsil müəssisələri demək olar ki, yenidən qurulmuş, yeni tədris proqramları, dərsliklər çap olunmuşdur. Xarici ölkə universitetlərinin respublikamızda filialları açılmış, azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün münbit şərait yaradılmışdır.

Azərbaycanın coxsaylı təhsil işçiləri bu seçkiləri səbirsizliklə gözləyirlər. Xüsusilə tələbə-gənclərin daha fəal olacağı şübhəsizdir.

İnanıram ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri bu dəfə də yüksək səviyyədə başa çatacaq, hər bir seçici öz seçdiyi namizədə səs vermək imkanı qazanacaq.

Rafiq NOVRUZOV,
filologiya elmləri doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında