Eero Tarasti: Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının incisidir

“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq konfransın iştirakçısı – Finlandiyanın Helsinki Universitetinin nümayəndəsi Eero Tarasti Bakı görüşləri haqqında fikirlərini bizimlə bölüşdü:

– Mənim vətənim Bakıdan uzaqlarda yerləşsə də, artıq bu məsafəni dostluq əlaqələrimiz çox yaxınlaşdırıb. Bakı, həqiqətən beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Qlobal dünyamızın ən ciddi problemləri sizin şəhərdə müzakirə olunur. Bu, o deməkdir ki, sizin ölkənizin beynəlxalq miqyasda mövqeyi getdikcə möhkəmlənir. Biz Azərbaycanı yaxın dost ölkə hesab edirik. Finladiya ilə Azərbaycanın mədəni əlaqələri getdikcə genişlənir. Bu, çox əhəmiyyətlidir.

Biz Bakı Slavyan Universitetində olduq. Burada təhsil yüksək səviyyədədir. Bizə bildirdilər ki, Avropanın əksər dövlətlərinin universitetləri ilə yaxın əlaqələr qurulub.

Mən Bakı ilə tanış oldum. Çox füsunkar şəhərdir. Bakının tarixi abidələri, muzeyləri məni daha çox məftun etdi. Burada dahi Nizaminin adını daşıyan möhtəşəm muzeyi fəaliyyət göstərir. Ümumiyyətlə, bu dahi şəxsiyyət bütün dünyada tanınır. Konfransda bu barədə ətraflı söhbətlər aparıldı. Nizami Gəncəvinin yaradıcılığında bəşəri dəyər öz əksini tapıb. O, həqiqətən Azərbaycan ədəbiyyatının incisidir.

Söhbəti yazdı:
M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında