Azərbaycan qlobal məsələlərə göstərdiyi diqqətə görə dünyaya nümunədir

Azərbaycanın paytaxtında VI Qlobal Bakı Forumu öz işini yekunlaşdırdı. Bu beynəlxalq tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən, dövlət və hökumət başçıları, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılmışdılar.

Forum iştirakçılarından bəzilərinin tədbirlə və Azərbaycanla bağlı təəssüratlarını öyrəndik. Rasizmə Qarşı Avropa Şəhərləri Koalisiyasının prezidenti Benedetto Zakkirol bildirdi:

– Azərbaycan artıq bir çox illərdir ki, qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, son illərdə bəşəriyyəti narahat edən problemlərin müzakirəsi və həlli üçün öz imkanlarını ortaya qoyur. Bu barədə geniş məlumatlarım var. Bilirəm ki, Azərbaycan dünyada sülh və təhlükəsizlik, sivilizasiyaların birgə yaşayışı işinə mühüm töhfələr verməyə çalışır.

Qeyd etməliyəm ki, Qlobal Bakı Forumu get-gedə dünyanın daha böyük simalarını cəlb edir və ayrı-ayrı millətləri təmsil edən düşünən başlar mütəmadi olaraq Bakıda toplaşıb dünyada mövcud olan bu və ya digər problemlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanırlar. Bu üç gün ərzində forumda iştirak edən keçmiş və hazırkı prezidentlər, hökumət başçıları, dünyanın tanınmış siyasətçiləri və siyasi ekspertlər bir araya gələrək mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələləri müzakirə etdilər. Belə bir platforma ətrafında toplaşmaq imkanı yaratdığı üçün Azərbaycan rəhbərliyinə minnətdarlığımızı bildiririk. Biz bu gün dünyadakı problemlərin müzakirəsini 20 il bundan əvvəl olduğundan daha çox və daha fəal aparmalı, milyonlarla günahsız insanın taleyinə birbaşa təsir edən münaqişələrin həlli yollarını tapmalıyıq. Biz hamımız sülh, tolerantlıq istəyirik. Bu baxımdan qlobal forum çox vacib məkandır.

Bu gün dövlət rəhbərləri ölkələrinin ümumi strategiyasını, milli maraqlarını nəzərə alaraq siyasət yürüdürlər. ­Ancaq bu zaman başqa xalqların, xüsusən kiçik xalqların milli mənafələrinə necə ağır zərbələr dəydiyi unudulur. Ona görə dünya ölkələrinin liderləri qlobal məsələlərə də diqqət yetirməli, münasibət bildirməlidirlər. Azərbaycan artıq neçə ildir ki, bu sahədə nümunə göstərir. Biz bütün səylərimizi müsbət istiqamətə cəmləşdirməliyik. Miqrasiya axınlarına qarşı vacib addımlar atılmalıdır, insanların həyat şəraiti yaxşılaşdırılmalı, onlara kömək göstərilməlidir.

Bakıda olduğumuz müddətdə paytaxt şəhərinizlə də yaxından tanış olduq, gəzməli-görməli yerlərə baş çəkdik. Bakı şəhərində aparılan quruculuq, abadlıq işləri ilə tanış olmaq imkanımız oldu. Bakının gözəlliyinə, onun zahiri görkəmində tarixiliklə müasirliyin qovuşmasına heyran qalmamaq mümkün deyil. İçərişəhərlə tanışlıqdan xüsusi zövq aldıq.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında