Aslan Aslanov: Bakı Forumu zamanın çağırışlarına cavab axtarmaq baxımından mühüm platformadır

Bakı Forumu zamanın çağırışlarına cavab axtarmaq baxımından mühüm əhəmiyyət kəsb edir və artıq beynəlxalq miqyasda nüfuzlu platformaya çevrilib.

Bu fikri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov bildirib.

Aslan Aslanov vurğulayıb ki, Azərbaycan artıq uzun illərdir mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünyanı narahat edən problemlərin, aktual məsələlərin müzakirə edildiyi məkan, beynəlxalq əməkdaşlığın mərkəzi kimi tanınır. Bunu şərtləndirən əsas amillərdən biri Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında zəngin əməkdaşlıq ənənələridir. Eyni zamanda, belə tədbirlər Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. VI Qlobal Bakı Forumunun mövzu dairəsi, iştirakçıların tərkibi bu həqiqətləri bir daha təsdiqlədi.

Forumda iştirak edən nüfuzlu şəxslər agentliyimiz tərəfindən yayılan müsahibələrində Bakının beynəlxalq dialoqa verdiyi töhfələri yüksək qiymətləndirir, belə tədbirlərin yüksək səviyyədə təşkil olunmasından və keçirilməsindən razılıqlarını dilə gətirirlər. Bu, hər bir azərbaycanlıda böyük qürur, fəxarət hissləri doğurur.

Hazırkı və sabiq dövlət, hökumət başçılarının, tanınmış siyasətçilərin, elm adamlarının, ekspertlərin iştirak etdikləri Bakı Forumu ildən-ilə əhəmiyyətini artıraraq beynəlxalq miqyaslı mühüm hadisəyə çevrilib. Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən vacib məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün nüfuzlu platformadır.

AZƏRTAC-ın İdarə Heyətinin sədri deyib ki, qarşılıqlı siyasi dialoqa, sülhə, təhlükəsizliyə böyük töhfə verən bu tədbir həm də Azərbaycanın dünyaya daha yaxından tanıdılması, ölkəmiz haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında