Kestutis Yankauskas: Avropa İttifaqı Azərbaycanda nəqliyyat habının inkişafını dəstəkləyir

Avropa İttifaqı Azərbaycanda nəqliyyat habının inkişafında maraqlıdır və bu istiqamətdə olan layihələri dəstəkləyir.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Ələtdə yerləşən yeni Bakı Limanının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi layihəsinin təqdimat mərasimində deyib.

“Azərbaycanın güclü infrastrukturu var. Biz Bakı Limanının ən müasir texnologiyalarla təmin edilməsi üçün çalışacağıq. Həmçinin proqram təminatı dəstəyi də göstəriləcək. Çünki bu infrastrukturun işləməsi üçün proqram təminatı vacibdir. Həmçinin idarəetmə, insan resursları, informasiya texnologiyaları sahəsində də dəstək veriləcək. Limanın müasir informasiya-kommunikasiya sistemləri onlayn rejimdə yüklərin yerini, üzərində aparılan əməliyyat, liman ərazisini tərk etmə və qonşu limanlara çatma vaxtını müşahidə edə biləcək”.

K.Yankauskas bildirib ki, Bakı Limanı ilə əlaqədar 260 min avroluq layihə həyata keçirilib. Hazırkı layihəyə isə 1 milyon avro ayrılıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında