Zlatko Laqumciya: Qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni səhifələr açır

“Bosniya və Herseqovina ilə Azərbaycan arasında tarixi əlaqələr var”.

Bunu APA-ya açıqlamasında Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya deyib.

Z.Laqumciya bildirib ki, iki ölkənin paytaxt şəhərləri arasında əməkdaşlıq əlaqələri mövcuddur: “Müharibə başlanandan həmişə Azərbaycanın müstəqilliyinin dəstəklənməsinə çalışmışıq, Azərbaycanın yanında olmuşuq. Çünki biz oxşar problemləri bölüşürük və digər ölkələrin bizi başa düşdüyündən də artıq bir-birimizi yaxşı anlayırıq. Aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Son dövrdə iki ölkə arasında iqtisadi, mədəni sahədə əlaqələrin inkişaf etdiyini vurğulayan sabiq baş nazir deyib ki, Azərbaycan investorlarının Bosniyaya gəlişi gözlənilir. Belə səfərlər bir çox sahələrdə əməkdaşlıq üçün yeni səhifələr açır.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında